Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Nazarbayevdən Su-24 açıqlaması – Şok

Nazarbayevdən Su-24 açıqlaması – Şok

Nə qədər çətin olsada, hesab edirəm ki, birgə komissiya yaradılmalı, araşdırma aparılıb tez başa çatdırılmalı, günahkarlar müəyyənləşdirilməli, səhvlər etiraf olunmalı və münasibətlər bərpa edilməlidir. Mən dostlarımızı – Rusiya və Türkiyəni buna çağırıram.

Report Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Nursultan Nazarbayev deyib.

Qazaxıstan rəhbəri televiziya ilə yayımlanan illik çıxışında Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulması nəticəsində iki ölkə arasında yaranmış gərginliyin aradan qaldırılması haqda danışıb:

“Rusiya ilə Türkiyə arasında baş verənlərdən çox məyus oldum. Hələlik baş verən hadisənin incəlikləri bizə aydın deyil. Ancaq fakt budur ki, Rusiya təyyarəsi Türkiyəyə hücum etməyib, Türkiyə sərhədini keçməyib, terrorçularla savaşmağa gedib”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın