Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Nazarbayev İlham Əliyevə yazdı: “Əzəli torpaqlarını işğaldan azad edən ölkəniz üçün narahat idim”

Nazarbayev İlham Əliyevə yazdı: “Əzəli torpaqlarını işğaldan azad edən ölkəniz üçün narahat idim”

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Başa çatmaqda olan 2020-ci il Sizin üçün ağır, lakin Zəfər ili oldu. Əzəli torpaqlarını işğaldan azad edən ölkəniz üçün narahat idim. Bu, tarixi məqamdır.
Şəxsən Sizi və qardaş Azərbaycan xalqını təbrik edirəm.
Qarşıdan gələn Yeni il münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizə və doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Qoy, 2021-ci il ölkənizin, xalqınızın rifahı naminə nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün məhsuldar və uğurlu il olsun!”

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …