Ana səhifə / Siyasət / Naxçıvanla bağlı deputatdan açıqlama: “Çağırıb deyirsən ki, istefa ərizəsini yaz!”

Naxçıvanla bağlı deputatdan açıqlama: “Çağırıb deyirsən ki, istefa ərizəsini yaz!”

“Naxçıvan məsələsi Azərbaycanın son iki ildə apardığı siyasətin müəyyən konturlarını üzə çıxarmağa imkan verir. Azərbaycan birmənalı şəkildə bildirir ki, Qarabağa muxtariyyət verilməyəcək, “Dağlıq Qarabağ” termini tarixdə qalıb. Azərbaycan unitar dövlətdir. Unitar dövlət formasına hansısa presedent saxlamamaq üçün Naxçıvanın hüquqi cəhətdən dəqiq tənzimlənən statusuna qayıtma prosesi müşahidə olunur. “Muxtar bölgə” anlayışının coğrafi mənada dirçəldilməsi prosesi gedir. Çünki Naxçıvana muxtariyyət siyasi mənada etnik mənsubiyyətə görə verilməyib. Köhnə idarəetmə modelindən imtina istiqamətində müəyyən addımlar atılır”.

Bunu deputat Fazil Mustafa “TV Müsavat”ın canlı yayımında bildirib.

Deputatın sözlərinə görə, əvvələr Naxçıvanda hansısa məmurla bağlı tədbir görülmə imkanları məhdud idi: “Orada rayonların və inzibati idarəetmədə iştirak edən subyektlərin sayı ilə əhalinin sayı mütənasib deyil. Bu da əhalinin yaşayış səviyyəsinə təsir edir. Hətta Sovet dövründə də Naxçıvan dotasiya ilə yaşayırdı. Bu, böyük problemdir. Naxçıvanlıların xeyli hissəsi sosial, iqtisadi şərtlərə görə oranı tərk ediblər. Məsələn, İstanbulda böyük məhəllə yaradıblar. Bakıda hansı köşəyə gedirsən, naxçıvanlıları görürsən. Əhalinin Naxçıvanı tərk etməsinin təhlükəli tərəfi də var, bölgədə olan güc mərkəzlərinin Naxçıvan üzərindən spekulyasiyasını genişləndirmə imkanları yaradır. Rusiyanın, İranın… Hətta “Naxçıvan xalq hərəkatı” adında qondarma bir şey ortaya çıxardılar. Halbuki Naxçıvanın küçə iti belə, İranla birləşmək istəməz. Azərbaycanın bütün bölgələrinə baxsan, Naxçıvan qədər və ya az miqdarda korrupsiya var. Hər yerdə bir formatda çözülür. Naxçıvanda baş verənlər korrupsiyanı həll etmək, inhisarçılığı aradan qaldırmaq kimi tədbirlərlə xarakterizə edilməməlidir. Dövlət kontekstindən yanaşmalıyıq. Korrupsiya məsələsi olsaydı, 3-5 naziri tutmağa ehtiyac yox idi, çağırıb deyirsən ki, istefa ərizəsini yaz. Prezident kifayət qədər qətiyyətli şəxsiyyətdir. Ən odioz fiqurları həbsxanaya göndərmədimi?!”

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …