Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub (DETALLAR)

Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub (DETALLAR)

Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş prokuroru Səbuhi Şahverdiyev ali məktəbi bitirdiyi il Muxtar Respublika prokurorunun müavini vəzifəsinə təyinat alıb. 
Səbuhi Şahverdiyevlə bağlı açıq mənbələrdə yer alan məlumatlarda onun 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakultəsini bitirdiyi qeyd edilib. O, elə həmin ilin sentyabr ayında Naxçıvan MR prokurorunun müavini vəzifəsinə təyinat alıb. Həmin vaxt onun 29 yaşı olub.
“Prokurorluq haqqında” Qanuna görə bu tip vəzifələrə prokurorluq orqanlarında ən azı 5 il stajı olan şəxs təyin edilə bilər. Səbuhi Şahverdiyev isə prokuror müavini vəzifəsinə təyin edilənə qədər Muxtar Respublikanın daxili işlər orqanlarında çalışıb. 
Keçmiş prokurorluq işçiləri ilə söhbətimizdə də aydın olub ki, Səbuhi Şahverdiyevin prokuror müavini vəzifəsinə təyinatında qanunsuzluq olub. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda yalnız birinci və ikinci təsnifat vəzifələrə keçirilməyə məhdudiyyət qoyulmur. Bu qanunun 11.2-ci maddəsi ilə təsbit olunub. Qanunun 10.0.3-cü maddəsində isə Naxçıvan MR prokurorunun müavini üçüncü təsnifat vəzifə kimi qeyd edilib. Bu vəzifəyə təyinat üçün isə mütləq staj olmalıdır”, deyə adının çəkilməsini istəməyən keçmiş prokurorluq işçisi bildirib. ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.Ads by 5Reklamınızı SmartBee ilə effektiv edin.
Məlumat üçün deyək ki, Səbuhi Şahverdiyev 7 il müavin işlədikdən sonra – 2018-ci ilin mayında Naxçıvan MR prokuroru təyin olunub. Səbuhi Şahverdiyevin irəli çəkilməsi onun Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun komandasının üzvü olması ilə izah edilir. Yeri gəlmişkən, Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov Səbuhi Şahverdiyevin müavini olub. O, ötən ilin dekabrında tutduğu vəzifədən azad edilib. 

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …