Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Naxçıvandan keçməklə Ermənistan-İran dəmir yolunun açılması müzakirə edilir

Naxçıvandan keçməklə Ermənistan-İran dəmir yolunun açılması müzakirə edilir

“İqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Üçtərəfli İşçi Qrupu Arazdəyən-Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə edir”.

Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, bunu Baş nazirinin müavini Mqer Qriqoryan deyib. Onun sözlərinə görə, müzakirələrə çıxarılan variantlardan biri də Mehri və Mincivan-Horadiz hissələrində yeni dəmir yolunun çəkilməsini gözləmədən Naxçıvandan İrana kommunikasiyanın açılması məsələsi olub: “Mövcud infrastrukturdan istifadə etməklə gerçəkləşdirilə biləcək hər hansı kommunikasiya xəttinin açılması imkanı, əlbəttə ki, bizim üçün arzuolunandır. Amma bu, danışıqların mövzusudur və hansı razılığa gələcəyimizi hələ deyə bilmərəm”. 

Mqer Qriqoryan bildirib ki, digər variant İcevan-Qazax dəmir yolu xəttinin açılması imkanları müzakirə olunub. 

“Hazırkı mərhələdə xərc və faydaların lazımi nisbətini verən daha realistik layihələr nəzərdə keçirilir. Heç bir variant gündəmdən çıxarılmasa da, indi hazırkı danışıqlar mərhələsinə tətbiq olunan məsələlər müzakirə edilir”, – Mqer Qriqoryan deyib. 

O vurğulayıb ki, Türkiyə ilə dəmir yolu xəttinin bərpası hələlik heç bir detala varmadan konseptual səviyyədə müzakirə edilir.

virtualaz.org

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …