Ana səhifə / Siyasət / Naxçıvanda “Kətə” festivalı keçiriləcək

Naxçıvanda “Kətə” festivalı keçiriləcək

Azinforum.az  naxcivantv.az-a istinadən xəbər verir ki, aprel 8 və 9-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də keçiriləcək “Kətə” festivalının təşkilatçıları muxtar respublikanın İqtisadiyyat, Mədəniyyət və Turizm nazirlikləridir.

Tədbirin açılışı aprelin 8-də saat 1200-da olacaq. Festivalda muxtar respublikada fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin, kətə istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin hazırladığı kətə çeşidlərinin satışı təşkil ediləcəkdir.

Həmçinin festival boyu Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan Musiqi Kollecinin “Qədim musiqi alətləri” və “Gənclik” instrumental ansamblları, Naxçıvan şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblı, Naxçıvan Aşıqlar Birliyinin aşıqları və “Şərur” Xalq Yallı Ansamblı tədbirdə çıxış edəcək.

Muxtar respublikamızda “Kətə” festivalının keçirilməsi əsrlər boyu formalaşmış kulinariya mədəniyyətimizin öyrənilməsi və təbliği ilə yanaşı, həm də bu mədəniyyətin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Kətə Azərbaycan mətbəxinə xas xəmir yeməyidir. Kətənin hazırlanma qaydasına görə qədimdən bu günə qədər Naxçıvanda şomu kətəsi, qarışıq göyərti kətəsi, çiriş kətəsi, cigitkən kətəsi, balqabaq kətəsi, mərcimək kətəsi, cəviz kətəsi, halvalı kətə, şirin kətə, döymə kətə kimi növləri vardır.

Qeyd edək ki, 2016-cı il ərzində “Naxçıvanqalada” bir neçə adda – “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Plov”, “Yallı”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları – Bal” festivalları keçirilib.

Festival 2017-ci il aprelin 8-də saat 1200-dan 1700-dək, aprelin 9-da saat 1100-dan 1700-dək keçiriləcək.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın