Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Naxçıvanda “donuz qrip”nin qeydə alınması barədə yayılanlar şayiədir”

“Naxçıvanda “donuz qrip”nin qeydə alınması barədə yayılanlar şayiədir”

“Laborator müayinələrlə Azərbaycanda kəskin respirator viruslar aşkar olunur, amma bu günə kimi ölkədə “donuz qripi” aşkarlanmayıb. Bunun üçün laborator təsdiq lazımdır, laborator təsdiq yoxdursa, deməli, “donuz qripi” aşkarlanmayıb”. Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bu gün keçirdiyi mətbuat konfransında bildirib. Direktor müavini deyib ki, Naxçıvan Muxtar Respublikasında da epidemioloji vəziyyət tam sabitdir: “Naxçıvanda “donuz qrip”nin qeydə alınması barədə yayılanlar isə şayiədir. Təbii ki, orada da respirator viruslar aşkarlanır, amma “donuz qripi” qeydə alınmayıb. Heç kim şayiələrə inanmasın”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın