Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Naxçıvanda əmək yarmarkaları başlayır

Naxçıvanda əmək yarmarkaları başlayır

Naxçıvan Muxtar Respublikasının (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən noyabrın 24-də muxtar respublikada əmək yarmarkalarına start veriləcək.
“Report”un məlumatına görə, noyabrın 24-də tədbir Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq.
Noyabr ayının 25-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək.
Noyabrın 26-da əmək yarmarkası Şahbuz şəhərindəki “Araz” kinoteatrında, 27-də isə Culfa rayonunda keçiriləcək.
Dekabr ayının 1-də Ordubad, 2-də Babək, 3-də isə Şərurda boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası dekabr ayının 4-də “Gənclik” Mərkəzində keçiriləcək.

 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın