Ana səhifə / Siyasət / Naxçıvan şəhərində dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib

Naxçıvan şəhərində dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib

Naxcivantv.az muxtar respublika prokurorluğuna istinadən xəbər verir ki, Naxçıvan şəhər, Çənlibel məhəlləsi bina 15, mənzil 11-də kirayə yaşıyan 1985-ci il təvəllüdlü Seyidova Sevda Mirhəbib qızı dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Şərur şəhər sakini olan Sevda Seyidova Naxçıvan Musiqi Kollecində müəllim işləyirmiş. Sevda Seyidovanın meyidi mənzilin hamam otağında aşkar edilib. Hadisə qazla işləyən suqızdırıcı cihazda nasazlığın olması səbəbindən baş verib.

Mütəxəssislər dəm qazından zəhərlənmə hallarının tez-tez baş vermə səbəblərini suqızdırıcılara vaxtında texniki baxışın keçirilməməsi ilə izah edir. Qeyd edək ki Naxçıvan televiziyası qaz cihazlarından düzgün istifadə ilə bağlı videoçarx hazırlayıb. Həmin videoçarxı buradan izləyə bilərsiniz.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın