Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Naxçıvan çörəkləri” – Festivalı keçiriləcək

“Naxçıvan çörəkləri” – Festivalı keçiriləcək

Azinforum.az Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, 30 avqust 2016-cı il tarixində saat 19:00-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Mədəniyyət və Turizm nazirlikləri və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Naxçıvan çörəkləri” Festivalı keçiriləcəkdir.

Müsabiqə tipli festivalda Naxçıvan Muxtar Respublikasında yaşayan çörək istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər, peşəkar və həvəskar şəxslər də iştirak edə bilərlər.

Müsabiqənin keçirilməsində məqsəd
– Xalqımıza məxsus çörək növlərinin nümayişi, təşviqi və ictimaiyyətə çatdırılması;
– Xalqımızın milli dəyərlərinin və xüsusən də milli mətbəximizin özünəməxsusluğunun təbliği;
-Ailələrdə milli mətbəx adət-ənənələrinin qorunub saxlanılması və möhkəmləndirilməsi;
-Bacarıqlı insanların özünüməşğulluğunun inkişaf etdirilməsi;

MÜSABİQƏNİN KEÇİRİLMƏ ŞƏRTLƏRİ VƏ QAYDASI

-Müsabiqədə iştirak azaddır;
-Müsabiqədə iştirak etmək istəyən şəxslər iştirakçı anketi təqdim etməlidirlər.
Anketi aidiyyəti üzrə Mədəniyyət və Turizm Nazirliyi
Ünvan: Naxçıvan şəhəri, H.Əliyev prospekti 1
(tel: 545-72-11);

İqtisadiyyat Nazirliyi
Ünvan: H.Əliyev prospekti 6
(tel: 545-75-77):
Naxçıvan Şəhər İcra Hakimiyyəti
Ünvan: H.Əliyev prospekti 66
(tel: 545-01-65) ünvanlarından ələ edə bilərsiniz.

-Anketi avqustun 27-dək aidiyyəti üzrə Naxçıvan şəhər H.Əliyev prospekti 1, H.Əliyev prospekti 6, H.Əliyev prospekti 66 ünvanlarına, çörəkləri isə festival keçirilən gün saat 16.00-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində əlaqələndirici şəxslərə təqdim etməyiniz xahiş olunur.

-Müsabiqəyə çıxarılan çörəklər müxtəlif növdə təqdim edilə bilər.
-Müsabiqəyə təqdim edilən çörəklər dadına, keyfiyyətinə və dizaynına görə qiymətləndiriləcəkdir.
-Təqdim ediləcək çörəklər “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Naxçıvan çörəkləri” Festivalı çərçivəsində keçiriləcək “Ən dadlı çörək” müsabiqəsinə təqdim olunmalıdır.

Müsabiqə qalibləri 2016-cı il 30 avqust tarixində keçiriləcək “Naxçıvan çörəkləri” Festivalında qiymətləndiriləcəkdir.

Müsabiqənin mükafatlandırması aşağıdakı kimidir:

– birinci yer (2 nəfər) – Diplom və qiymətli hədiyyə
– ikinci yer (2 nəfər) – Diplom və qiymətli hədiyyə
– üçüncü yer (2 nəfər) – Diplom və qiymətli hədiyyə

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın