Ana səhifə / Siyasət / “Navalnı haqlı olaraq düşünür ki, İlqar Məmmədov məndən artıq oğlan deyil”

“Navalnı haqlı olaraq düşünür ki, İlqar Məmmədov məndən artıq oğlan deyil”

“Navalnı haqlı olaraq düşünür ki, İlqar Məmmədov məndən artıq oğlan deyil, ona bəraət gətirən Avropa Şurası qaydasını mənə də tətbiq edin. Bəli, İlqar Məmmədovun yaratdığı yeganə hüquqi örnək hələ çoxlarının işinə yarıyacaq”.

Bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.

“Navalnı bilməlidir ki, bu qaydanı başlatmaq üçün həbsdə ola-ola 3 il Nazirlər Komitəsi ilə yazışdıq. Axır-axır məktublarımda diplomatik tərzdə onları bərk danlayırdım da. İşin tamamlanması isə daha 2.5 il apardı. Yəni prosedur çox asta gedəndir, amma haqqını tələb etməyə gücü varsa, etsin” – İ.Məmmədov qeyd edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …