Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Natiq Cəfərli: “Gürcüstanda baş verənlərin region üçün təhlükələri var”

Natiq Cəfərli: “Gürcüstanda baş verənlərin region üçün təhlükələri var”

“Gürcüstanda baş verənlər birmənalı deyil, hətta region üçün təhlükələr də var, çünki regionda qeyri-sabit Gürcüstan Rusiya üçün asan loxmaya dönə bilər”.

Bunu ekspert Natiq Cəfərli bildirib.

“Etiraza səbəb olan “inoagent” haqqında qanun  ABŞ-da qəbul edilmiş qanunla birə-bir eynidir. Amma bu o demək deyil ki, qanun normal qanundur, ABŞ-da çox güclü məhkəmə hakimiyyəti, ştatların öz qanunları var, yəni, ABŞ-da işləyən qanun zəif institutları olan ölkədə normal işləməsi mümkün deyil. Onsuz da Kreml də “inoaqent” haqqında absurd qanunu qəbul edəndə ağıllı sifət alıb ABŞ-a istinad edirdi. Tiflisdəki məlumatlı siyasi, ictimai çevrələrdə olan tanışlarımdan öyrəndiyim odur ki, indiki hökumət bu qanunu daha çox Rusiya təsirinə görə qəbul etdiyini iddia edir – Kreml “yumşaq gücdən” ən çox Tiflisdə istifadə edir, orada böyük biznes layihələri, banklar, maliyyələşdirdiyi siyasi partiyalar, KİV, QHT-lər var. Amma hökumət bunu izah edə bilmir, çünki inandırıcı hekayəsi zəifdir, İvanişvilinin Rusiyadan asılılığı fikri cəmiyyətdə çox geniş yayılıb və xalqın bir qismi, əsas da gənclər indiki hökuməti sevmirlər, amma elə həmin gənclər, yeni nəsl Saakaşvilini də qəbul etmir. Gürcüstanın bu günü və gələcəyi Azərbaycanla çox bağlıdır, bir-birimizdən çox asılıyıq, bir-birimizi tamamlayırıq, Gürcüstan Azərbaycanın iqtisadi uzantısı, bizim Qərbə açılan qapımız, Azərbaycan isə Gürcüstanın enerji və maliyyə mənbəyidir. Qonşu ölkədə siyasi sabit (yəni, xalqın böyük əksəriyyətinin qəbul etdiyi), demokratik bir sistemin bərqərar olması, institutlaşması bizim üçün də çox vacibdir. Bizdə bəzilərinə məsləhətim odur ki, hər bir hadisəyə daha dərindən baxmağı öyərənsilər, bölgəmizə gələcək təsirlərini analiz etməyə çalışsınlar…”, – N.Cəfərli qeyd edib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …