Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Nardaranda polislərlə atışma: Ölənlər və yaralananlar var – YENİLƏNİB, VİDEOLAR

Nardaranda polislərlə atışma: Ölənlər və yaralananlar var – YENİLƏNİB, VİDEOLAR

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər yaralanıb, ölənlərdən birinin adı isə Sarvandır.
Tale Bağırzadənin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı qeyd edilir.
Musavat.com-un əməkdaşının məlumatına görə, bəzi dindarlar Sabunçu rayon Polis İdarəsinin qarşısına yığışmağa başlayıblar. Polis İdarəsinin qarşısından keçən avtomobil yolu bağlanıb.
Polis İdarəsinin mühafizəsi gücləndirilib.
***
Bu gün – noyabrın 26-da Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Nardaranda başda Hacı Tale Bağırzadə olmaqla bir qrup islamçı ekstremistə qarşı xüsusi əməliyyat keçirib.
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.
Məlumata görə, ekstremistlər hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstəriblər. Bəzi islamçılar asayiş keşikçilərinə atəş açıblar. T.Bağırzadə və ekstremistlərin digər liderləri xüsusi əməliyyat nəticəsində həbs edilib.
Xəbərdə deyilir ki, ekstremistlər DİN əməkdaşlarına “Kalaşnikov” avtomatlarından atəş açıb, həmçinin döyüş qumbaraları atıblar.
Hüquq-mühafizə orqanları yaxın saatlarda bu hadisələrə dair rəsmi bəyanatla çıxış edəcək.
*   *   *
14:36
Hacı Tale Bağırzadənin tərəfdarlarının facebookda yaydıqları məlumata görə, əslində atışma bu din xadiminin evində namaz vaxtı baş verib.
Tale Bağırzadəni həbs etmək üçün polislər evə basqın edərkən onun tərəfdarları silah işlədib, bu zaman qarşılıqlı atışma olub.
Sosial şəbəkələrdə Tale Bağırzadənin evindən görüntülər də yayılıb. Kadrlardan görünür ki, evdə və həyətdə qan izləri var.
Bu gün Tale Bağırzadədən sonra ilahiyyatçı Zülfüqar Mikayılzadə də həbs olunub
Məlumata görə, polis onu yaşadığı ünvandan naməlum istiqamətə aparıb. Həbs olunanların hazırda harada olduğu məlum deyil.
*   *   *
14:36
Hadisə şahidlərinin femida.az-a verdiyi məlumata görə, atışma nəticəsində polis nəfəri yaralanıb. Bakının digər rayonlarının polis idarəsinin əməkdaşları da hadisə yerinə cəlb edilib.
Silahlı insident nəticəsində yaralanan polis əməkdaşı Sabunçu Rayonu Polis İdarəsi cinayət-axtarış şöbəsinin rəisi Sadiq Həsənovdur.
Hüquq-mühafizə orqanlarından “Turan”a bildiriblər ki, atışma Taleh Bağırzadənin saxlanılması zamanı baş verib. Əməliyyat zamanı Bağırzadənin tərəfdarlarından biri polislərə tərəf qumbara atıb, bundan sonra atışma baş verib.
Yaralılardan birinin bizimyol.info-ya verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13:00 radələrində qeydə alınıb.
*   *   *
14:23
3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov virtualaz.org saytına bildirib ki, xəstəxanaya 3 yaralı daxil olub.
Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.
*   *   *
14:11
Az əvvəl Bakının Nardaran qəsəbəsində atışma baş verdiyi barədə redaksiyamıza təcili məlumat daxil olub.
Virtualaz.org saytı hələlik məlumatı hüquq-mühafizə orqanlarından və kənd sakinlərindən dəqiqləşdirməyə çalışır. Bununla belə yaralıların və ölənlərin olduğu bildirilir.
Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı təsdiq ediblər, yaralıların gətirildiyini bildiriblər. Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilmir.
İslamezeri.az saytı xəbər verir ki, atışma dindarların qəsəbədə həbsi əməliyyatı zamanı baş verib. İlahiyyatçı Taleh Bağırzadə və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin qarşısında xeyli sayda polis qüvvələri, bir hərbi maşın, suvuran maşın, 5-6 PPX maşını var.
İnsidentin Nardaranda “Rəhimə xanım” ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirlir.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın