Ana səhifə / Siyasət / Nardaranda gecə sakit keçib

Nardaranda gecə sakit keçib

«Bu gecə Nardaranda hər hansı gərginlik olmayıb, sakitçilikdir».

Kənd sakini Hidayət Nəbiyev AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, kəndə gələn yollarda polis postları yaradılıb, Nardaran nəzarət altındadır.

Hidayət Nəbiyev kənd sakinlərinin də gecəni meydanda keçirdiklərini bildirib: «Hamımız kişi kimi meydanda qaldıq, dağılmadıq, dağılmayacağıq da».

O, atışma zamanı ölən kənd sakinlərinin meyitinin qaytarılmasını və saxlanılanların buraxılmasını tələb etdiklərini bildirir: «Biz hələ bilmirik kim ölüb, neçə nəfər ölüb. Neçə nəfər yaralıdır. Rəsmi qurumların cavabını gözləyirik».

Noyabrın 26-da Nardaranda silahlı insident olub. Rəsmi məlumata görə, bu zaman dörd nəfər kənd sakini və iki polis ölüb (“Azadlıq” radiosu).

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın