Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Nardaranda daha bir jurnalistə hücum edilib

Nardaranda daha bir jurnalistə hücum edilib

Nardaranda bu gün qəsəbədə baş vermiş insidenti işıqlandırmaq üçün ora gedən daha bir jurnalistə hücum ediblər.

Virtualaz.org saytının müxbiri xəbər verir ki, onlar bu dəfə də İTV telekanalının operatorunu hədəf seçiblər.

Məlumata görə, islamçılar telekanalın operatorunu döyüb, onun kamerasını sındırıblar.

Xatırladaq ki, bundan bir neçə saat əvvəl Naradarana çəkilişə gedən “Azad Azərbaycan” Televiziyasının (ATV) avtomobilinin üzərinə bir neçə nəfər hücum edilmişdi. Avtomobil daşa basılmış, sürücüsü isə döyülmüşdü.

Bir neçə nəfər isə “Report” informasiya agentliyinin avtomobilinə də hücum etmək istəmişdi. Lakin sürücü ərazidən uzaqlaşa bilmişdi.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın