Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Nardaran hadisələriylə “MTN işi”nin əlaqəsi var” – Keçmiş MTN-çi

“Nardaran hadisələriylə “MTN işi”nin əlaqəsi var” – Keçmiş MTN-çi

“Milli Təhlükəsizlik Nazirliyində aparılan kadr dəyişiklikləri və həbslərdən sonra sözü gedən qurumun Rabitə Nazirliyinə quraşdırdığı avadanlığın yandırılması, onun ardından isə Nardaran hadislərinin baş verməsini təsadüfüihesab etmirəm”.
Bunu aznews.az-a açıqlamasında Milli Təhlükəsizlik Nazirinin sabiq müavini Sülhəddin Əkbər deyib. Onun fikrincə, Nardaran hadisələri istər Rabitə Nazirliyində, istəsə də Milli Təhlükəsizlik Nazirliyində keçirilən həbslərlə birlikdə qiymətləndirilsə, daha düzgün nəticə görünür: “Nardaran hadisələrinin ilkin versiyalarından biri budur”.
S.Əkbərin fikrincə, bu olay sübut edir ki, Milli Təhlükəsizlik Nazirliyində çox ciddi təmizlənmə işləri aparılmalıdır: “Əgər obyektiv istintaq aparılarsa, burada hadisələrin mahiyyəti aydınlaşar və o zaman çıxış yolu tapmaq olar. Milli Təhlükəsizlik Nazirliyində çox ciddi və böyük şəbəkə yaranıb. Bu şəbəkənin nəinki ölkə üzrə, hətta xarici ölkələrlə çox geniş əlaqələri var”.
S.Əkbər hesab edir ki, Nardaranda hər tərəfli əməliyyat işi aparılmalıdır.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın