Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Nar”dan yeni tarif – “Danışır Bakı”

“Nar”dan yeni tarif – “Danışır Bakı”

Tarifə qoşulanlar hər tərəfə 3 qəpiyə danışırlar

“Nar” tamamilə yeni “Danışır Bakı” tarifini paytaxtdakı istifadəçilərinə təqdim etdi. “Qafqazinfo”nun məlumatına görə, indi Bakı sakinləri bu tariflə ölkədaxili bütün istiqamətlərə 3 qəpiyə danışa biləcək, üstəlik aylıq 300 SMS və 300 MB  internet trafiki əldə edəcəklər. Aylıq abunə haqqı 3 AZN təşkil edən “Danışır Bakı” tarifi çərçivəsində hər tərəfə zəngin dəqiqəsi və ya 1 SMS-in dəyəri 3 qəpik, 1 MB internetin qiyməti isə cəmi 29 qəpikdir.

“Danışır Bakı” tarifinə qoşulmaq üçün “Baki” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək və ya*777#54#YES şifrəsini yığmaq kifayətdir. Tarifə qoşulmaq istəyənlər “Nar” mağazalarına gələrək, xüsusi “Danışır Bakı” paketini əldə etməklə də tarifə qoşula bilərlər. Qeyd edək ki, yeni “Nar” istifadəçiləri “Danışır Bakı” tarifinə qoşularkən tarif çərçivəsində hədiyyə olaraq 2 AZN dəyərində balans qazanırlar. Bu məbləğ ölkədaxili bütün istiqamətlərə zənglər, SMS və internet üçün istifadə oluna bilər.

“Danışır Bakı” və digər tariflər/kampaniyalar haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsində əldə etmək olar.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın