Ana səhifə / Siyasət / “Nar”-ın “Təlim məktəbi” layihəsinin ikinci mərhələsi başladı

“Nar”-ın “Təlim məktəbi” layihəsinin ikinci mərhələsi başladı

“Nar”, “Uğur akademiyası” və “Asan könüllüləri” tərəfindən birgə həyata keçirilən və ünsiyyət məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsini qarşısına məqsəd qoyan “Təlim məktəbi” sosial layihəsi növbəti mərhələyə keçir. Layihənin ikinci mərhələsi çərçivəsində 25 nəfər ünsiyyət məhdudiyyətli gənc üçün kompüter təmiri üzrə təlim kursları keçiriləcək.

Kurslar İT və komputer cihazları təmiri sahəsində 10 ildən çox təcrübəyə malik olan mütəxəssis tərəfindən aparılacaqdır.  Təlim boyu iştirakçı gənclərə kompüter təmiri ilə yanaşı, əsas kompüter xidmətləri (format işləri, müxtəlif proqramların yazılması və s.) öyrədiləcək. “Təlim məktəbi” kurslarının ikinci mərhələsinin 2 ay müddətində davam etməsi planlaşdırılıb.

Qeyd edək ki, “Həyat bizimlə daha rəngarəng” şüarı altında həyata keçirilən “Təlim məktəbi” layihəsinin əsas məqsədi ünsiyyət məhdudiyyətli şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaqdır. “Nar” operatorunun dəstəyi ilə 75 nəfərədək ünsiyyət məhdudiyyətli gəncin iştirakını nəzərdə tutan “Təlim məktəbi” layihəsi rəsmən 7 noyabr 2016-cı il tarixdə başlamış və tədrisi planlaşdırılmış dörd istiqamətdən biri olan dizayn proqramları ixtisası üzrə start götürüb.

Xatırladaq ki, “Nar” artıq 3 ildir ki, özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atır. Bu istiqamətdə bir çox sosial layihələr həyata keçirmiş mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edərək, Azərbaycanın biznes mühitində parlaq nümunə göstərmişdir. “Nar” özünün müvafiq konsepsiyasına uyğun olaraq, gələcəkdə də bənzər layihələrə imza atmağı və bu kimi təşəbbüslərə davamlı dəstək verməyi nəzərdə tutur.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın