Ana səhifə / Siyasət / Namizədlərin seçkidən imtina faktlarını siyasiləşdirmək cəhdləri başladı

Namizədlərin seçkidən imtina faktlarını siyasiləşdirmək cəhdləri başladı

Fərəc Quliyev: “Buna bütün dünyada təzyiq kimi deyil, centlmen jesti kimi baxırlar”

“Onda necə olur ki, həmin namizədlər qeydiyyata alınır?”

Seçki kampaniyasının gedişində təbii və maraqlı proseslər yaşanır. Hər dəfə olduğu kimi, bu seçkidə də bəzi deputatlığa namizədlər marafondan vaxtından əvvəl imtina edir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlamasında belə halların olduğunu təsdiqləyib. M.Pənahov deyib ki, deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb. O bildirib ki, MSK bülletenlərin çapı zamanı namizədliyini geri götürmüş deputatlığa namizədlərin adlarının seçki bülletenlərində yer almamasına çalışır, çünki bu, seçiciləri də çaşdırır:

“Biz belə halların yaşanmaması üçün məntəqə, dairə seçki komissiyalarına da müvafiq göstəriş vermişik”.
Ancaq təəssüflər olsun ki, bəzi siyasi dairələr bu vəziyyəti siyasiləşdirməyə çalışır. Onların qənaətinə görə, yaranmış vəziyyət seçki mühitinin yaxşı olmaması və seçkilərə edilən təzyiqlərlə bağlıdır. Ancaq apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, marafonu saxlayan namizədlərin çox az bir hissəsi müxalifətçidir. Deməli, bu məsələnin siyasiləşdirilməsinə heç bir lüzum yoxdur. Onda isə niyə belə cəhdlər edilir?
Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələnin siyasiləşdirilməsi doğru olmazdı: “Biz dünyanın istənilən yerində analoji halla rastlaşırıq. Bəziləri bunu çevik tərpənərək edir ki, əlavə pul xərcləməsin. Məsələn, seçkidəki alternativlərin gücünə baxıb bu qənaətə gələnlər özlərini müəyyən mənada maddi cəhətdən sığortalamış olur. Elələri də var ki, gedişata baxıb görürlər ki, elə rəğbətləri olan alternativ onların da fikirlərini parlamentdə səsləndirə bilər. Ona görə də belə jest edirlər. Bunu namizədlərə olunan təzyiqlə bağlamaq doğru deyil. Onda necə olur ki, həmin namizədlər qeydiyyata alınır? Deməli, sağlam seçki mühiti var ki, onlar bu mərhələyə gəlib çıxıblar. Bir daha qeyd edirəm ki, buna bütün dünyada təzyiq kimi deyil, centlmen jesti kimi baxırlar”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın