Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Namizədlərin 7-ci debatı (VİDEO)

Namizədlərin 7-ci debatı (VİDEO)

Aprelin 1-də İctimai Televiziyada prezidentliyə namizədlərin 7-ci teledebatı baş tutub.

Debat Azərbaycanın xarici siyasətimövzusuna həsr olunub. Lakin bütün debatlarda olduğu kimi, bu dəfə də namizədlərin çıxışları yalnız müzakirə olunan mövzu ilə məhdudlaşmayıb.

Namizəd Zahid Oruc Qərbi ittiham, Rusiyanı isə açıq şəkildə müdafiə edib, bu dövlətin vəkili kimi çıxış edib. O, İsraillə hərbi müttəfiqlik müqaviləsini imzalamağı təklif edib.

BAXCP lideri Qüdrət Həsənquliyev isə əksinə, Rusiyanı ittiham edib. Bildirib ki, Dağlıq Qarabaş münaqişəsinə görə Ermənistanla yox, bu problemin yaradıcısı olar Rusiyanın özü ilə açıq danışmaq lazımdır. Əgər Rusiyanın şərti Avrasiya İttifaqına qoşulmaq olarsa, buna gedilməlidir. Q.Həsənquliyev XİN başçısı Elmar Məmmədyarovu və Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovu sərt tənqid edib.

İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov 1 illik AXC iqtidarının xarici siyasətini tənqid edib.

ADP sədri Sərdar Cəlaloğlu Türkiyə ilə “Bir millət-iki dövlət” şüarinı dəyişməyi, “Bir millət-bir dövlət” şüarına keçməyi təklif edib. “Seçilərəmsə, Türkiyə-Azərbaycan konfederasiyasının yaradılmasına nail olacam. Dostumuz eyni, düşmənimiz eyni olacaq”. ADP sədri adəti üzrə hakimiyyəti sərt tənqid edib.

Hafiz Hacıyev isə yenə də AXCP sədri Əli Kərimli və Cəmil Həsənlini hədəfə götürüb, onları təhqir edib.

7-ci teledebatın videoyazısını təqdim edirik:

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …