Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Nəsimi rayonunun “Gənc İlhamçıları” Quba şəhərinin qonağı olub

Nəsimi rayonunun “Gənc İlhamçıları” Quba şəhərinin qonağı olub

Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir.

Azinforum.az xəbər verir ki, əsas məqsəd gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Respublikamızda gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir.

Belə layihələrdən biri də Nəsimi Rayon İcra Hakimiyyətinin Quba şəhərində həyata keçirdiyi Nəsimi rayonunun Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 150 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi təşkil olunmasıdır.

Layihə iştirakçıları Quba şəhərində yerləşən Gənclər Mərkəzi və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmuşlar. “Gənc İlhamçılar”-ın Heydər Əliyev Mərkəzinə ziyarəti zamanı onların diqqətinə çatdırılmışdır ki, milli memarlıq elementlərindən istifadə olunmaqla müasir tikinti texnologiyalarına uyğun inşa olunan dördmərtəbəli mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir. Burada Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərlərini, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılmışdır.

Gənclər Mərkəzi ilə yaxından tanış olmuşlar. Ümummilli Liderin irsinin gənc nəsillərə çatdırılması üçün  Gənclər Mərkəzində virtual tədris sinifləri, üç konfrans zalı, kompüter mərkəzi və kitabxana vardır. Bundan əlavə, mərkəzdə xarici dillər mərkəzi, 3D kino zalı, ədəbiyyat dərnəyi, kulinariya məktəbi, heykəltəraşlıq, xalça və rəsm studiyaları, fotostudiya da yerləşir. Burada gənc nəslin müasir texnoloji yeniliklərlə yaxından tanış olmasına və onların bilik və bacarıqlarının daha yaxşı inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunmuşdur.

Nəsimi rayon məktəbliləri Mərkəzdə olan idman oyunları otaqlarında şahmat, stolüstü tennis oyunları yarışlarında iştirak etmişlər.

Düşərgə iştirakçıları Quba şəhərindəki Heydər Əliyev parkını gəzib, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və xatirə fotoşəkilləri çəkdirmişlər.

Quba rayonu ilə tanışlığı davam etdirən düşərgə iştirakçıları həmçinin Quba rayon YAP təşkilatı və Yaşıl Teatr ilə tanış olmuşlar.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın