Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Nəsimi rayon məktəbliləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
????????????????????????????????????

Nəsimi rayon məktəbliləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin iştirakı ilə bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.Uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün xüsusi tədbirlər təşkil edilib keçirilir

İyun ayının 3-də uşaqların istirahətlərinin  daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  “Qırmızı papaq” tamaşasının pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 200 nəfər məktəbli  iştirak etmişdir.

Tamaşada iştirak edən uşaqların valideynləri tədbirdən razı qalmış, hər zaman Azərbaycan uşaqlarına diqqət və qayğı göstərən Azərbaycan Pespublikasının Prezidenti cənab  İlham Əliyevə və Azərbaycan Pespublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlıqlarını bildirmişlər.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın