Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Nəsimi məktəbliləri Naxçıvana getdi – Fotolar
????????????????????????????????????

Nəsimi məktəbliləri Naxçıvana getdi – Fotolar

Prezident İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonundan olan məktəblilərin yola salınması mərasimi keçirilib.

” Azinforum.az ” – a daxil olan məlumata görə, 2017-ci ilin 16-19 mart tarixlərində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 27 nəfər məktəbli şagirdin “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfərə yola düşdülər.

Yola salma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb.

Qeyd olunub ki, cari ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyətinin yeniyetmələr üçün respublikamızın dilbər güşələrindən birində hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgələrinin təşkil olunması nəzərdə tutulur.

 

 

Nəsimi məktəbliləri Naxçıvana getdi -  Fotolar
Nəsimi məktəbliləri Naxçıvana getdi -  Fotolar

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın