Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Nəsimi gəncləri mükafatlandırılıb

Nəsimi gəncləri mükafatlandırılıb

Bu gün Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının gənclər arasında birgə keçirdiyi Unudulmaz  Lider və  Mənim Prezidentim layihələrinin yekununa həsr edilmiş 55 Adda – 55 Qalib tədbiri keçirilib.

” Azinforum.az ” xəbər verir ki, tədbirə ali təhsil müəssisələrində təhsil alan fəal tələbələr, rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai,  elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunublar.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  dəvət olunanları salamlayaraq qeyd edib ki, millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlıq lazımdır.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı da tədbirdə çıxış edərək ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışıb, gəncləri qazandıqları uğurlar münasibəti  ilə təbrik edib.

Həmçinin tədbirdə ilin yekunlarına və layihələrdə fəal iştirakına gorə gənclər arasında  55 nominasiya üzrə  keçirilən müsabiqələrdə iştirak edən gənclərdən 55 qalibə mükafat təqdim edilib.

Tədbirdə Ombudsman Elmira Süleymanova,  Milli Məclisin üzvləri –  Ziyad Səmədzadə,Sahibə Qafarova, Şahin İsmayılov və digər rəsmilər iştirak ediblər.

 

Nəsimi gəncləri mükafatlandırılıb

ggg

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın