Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Nərgiz Paşayevanın qızı Bakıda kafe açdı – (Fotolar)

Nərgiz Paşayevanın qızı Bakıda kafe açdı – (Fotolar)

Bakıdakı “Harvey Nichols” ticarət-əyləncə mərkəzində “Nargis” jurnalına birbaşa aidiyyəti olan “NARGİS” kafesi açılıb.

Məlumata görə, bu kafedə menyuda yalnız sağlam qida məhsullarından hazırlanan yeməklər olacaq.

“Kafenin açılışı özündə dəbli trendlərlə vəhdətdə köhnə ənənələrin bərpasını ehtiva edir (60-80-ci illərdə Fəvvarələr meydanında fəaliyyət göstərən və paytaxtın ən dəbli məkanlarında eyni adlı kafeni xatırlamaq kifayətdir). Əsas ideya köhnə Bakı əfsanəsinin yenidən canlandırılmasına can atmaqdır. Gələcəkdə bütün dünyada “Harvey Nichols” ticarət mərkəzi çərçivəsində “NARGİS” kafe şəbəkəsinin açılması ehtimal edilir” – bu barədə oxu.az saytına daxil olan məlumatda deyilir.

Qeyd edək ki, “Harvey Nichols” ticarət-əyləncə mərkəzindəki “NARGİS” kafesi “Nargis” jurnalının baş redaktoru, MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayevanın qızı Ülviyyə Rəhmanova tərəfindən icarəyə götürülüb.

z

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın