Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Nənələr” I Avropa Oyunlarına mahnı həsr etdilər: “Yaşa Azərbaycan…” – VİDEO

“Nənələr” I Avropa Oyunlarına mahnı həsr etdilər: “Yaşa Azərbaycan…” – VİDEO

Ölkəmizdə baş tutacaq mötəbər idman tədbirinə onlar da dəstək oldular.
Hamımız Avropa Oyunlarını – Azərbaycan tarixində çoxsaylı idman yarışlarının Bakıda gerçəkləşəcək başlanğıc gününü səbirsizliklə gözləyirik. Hər kəs kimi cənub bölgəsinin sevilən və milli folklorumuzu yaşadan Nənələr ansamblı da həmin günə xüsusi hazırlıq görüb.
1970-ci ildə Lənkəran rayonunun Separadi kəndində 6 bacı tərəfindən yaradılan Bacılar, daha sonra isə Nənələr folklor ansamblı 100-ə qədər bayatı və mahnını öz repertuarına salmaqla ifa ediblər.
“Bakı -2015” ilk Avropa Oyunları ərəfəsində qrup “Yaşa Azərbaycan” adlı mahnını yazıb bəstələməklə, ölkəmizdə baş tutacaq bu mötəbər idman tədbirinə dəstək olduqlarını bildiriblər.
Bakı-2015 ilk Avropa Oyunlarının ölkəmizdə baş tutmasından böyük fərəh və sevinc hissi keçirən nənələr öz təəssüratlarını bizimlə də bölüşüblər.
Bildirək ki, «Nənələr» adını ilk dəfə qrupa 1997-ci ildə Lənkəranda səfərdə olan Heydər Əliyev təklif edib. 1997-ci ilə kimi isə «Bacılar» adı ilə fəaliyyət göstərən qrup bu gözəl təklifi dərhal qəbul edərək, həmin ildən etibarən «Nənələr» adı ilə daha çox məşhurluq qazanıblar.
Hazırda folklor ansamblın ən gənc üzvünün 48, ən yaşlı üzvünün isə 80 yaşı var (Region TV).

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın