Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Muxtar Babayevin yerinə təyinat oldu

Muxtar Babayevin yerinə təyinat oldu

Sumqayıtda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin  (AİB) Müşahidə Şurasına yeni sədr təyin olunub.

” Azinforum.az ” Xeberle.com-a istinadən xəbər verir ki,  millət vəkili Muxtar Babayevin əvəzinə təyin olunan yeni sədr Arzumanzadə İmran Yaqub oğludur.

İ. Arzumanzadə daha öncə  “Azərikimya” İB-nin icraçı direktorunun müavini olub və 2015-ci ildə  Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə  ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, “Azərikimya” İB-nin Müşahidə Şurasının əvvəlki sədri,  millət vəkili Muxtar Babayev isə  prezident İlham Əliyevin sərəncamı ilə  Ekologiya və təbii sərvətlər naziri təyin olununb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …