Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Müxalifətdən Tovuz istiqamətindəki döyüşlərə reaksiya

Müxalifətdən Tovuz istiqamətindəki döyüşlərə reaksiya

İşğalçı Ermənistan yenidən Tovuz istiqamətində Azərbaycana qarşı hərbi təxribatlara başlayıb. Düşmənin bu ilin iyul ayından etibarən məhz bu ərazidən həmlələr etməsinin arxasında hansı planların dayandığı barədə çoxsaylı suallar var. Azərbaycan cəmiyyəti isə düşmənin bu istiqamətdə hər hücumundan sonra daha da sıx birləşir. Bəs müxalifət Tovuzda yenidən döyüşlərin bərpa edilməsi və Ermənistanın artan aqressiyası haqda nə deyir?

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, yenidən Tovuz istiqamətində Ermənistanın hücumlara başlaması və düşmənin aqressiyasının artmasının müxtəlif səbəbləri var: “Hələ 12 iyulda ermənilər ilk kəşfiyyat yoxlama döyüşü həyata keçirərkən bildirmişdim ki, Tovuz istiqamətindən hücumun səbəbləri çoxdur. Bunun həm geopolitik, geostrateji səbəbləri var, yeni dünya nizamı quruculuğu ilə bağlı səbəbləri, həm operativ taktiki səbəbləri  mövcuddur. Yəni səbəblər çoxsaylıdır. Burada mən daim qeyd elədiyim kimi, yeni dünya nizamı, geopolitik qarşıdurma həlledici mərhələyə daxil olduğuna görə qırılma xətlərində-münaqişə zonalarında gərginliyin artması, münasibətlərin kəskinləşməsi gözləniləndir. Bundan sonra da daha böyük toqquşmalar ola bilər, hətta müharibənin yenidən alovlanması da mümkündür. Bu, gözləniləndir. Yəni başa düşmək lazımdır, yeni dünya düzəni qurulur, bu səbəbdən geopolitik, geostrateji, geoekonomik qarşıdurmalar kəskinləşib və Azərbaycan da bütövlükdə həm bu geopolitik sınma xəttində yerləşdiyinə, həm münaqişəyə cəlb olunduğuna görə tez-tez bunun təsirlərini öz üzərində hiss edəcək. Ona görə də Azərbaycana qarşı hücumlar Tovuzda da ola bilər, sabah Naxçıvan istiqamətində və başqa istiqamətlərdən də olması mümkündür. Yəni bütün hücumlara hazır olmaq lazımdır. Ona görə də mən geniş təkliflər paketi ilə çıxış eləmişəm. İki təkliflər paketi irəli sürmüşəm. Biri Azərbaycanda demokratiyaya yumşaq keçidlə bağlıdır, biri isə Azərbaycanın Tovuz hadisələrindən sonra atmalı olduğu addımlarla bağlıdır. Bundan sonra mən irəli sürdüyüm təklifləri izah eləmək üçün beş məqalə ilə çıxış eləmişəm. Bir müxalifət partiyası olaraq mən bundan artıq nə eləməliyəm? Biz təkliflərimizi veririk.

Sülhəddin Əkbər:

Sülhəddin Əkbər: “Azərbaycana qarşı hücumlar Tovuzdan da ola bilər, sabah Naxçıvan istiqamətində və başqa istiqamətlərdən də…”

Ermənilərin haradan hücum etməsindən danışılır, amma “onun arxasında duran Rusiya niyə belə edir” deyən yoxdur. Birdəfəlik bilmək lazımdır, yeni dünya nizamı qurulur və Azərbaycan da burada layiqli yer tutmaq istəyirsə güclü olmalıdır. Öz təbii müttəfiqləri ilə birləşib güc qazanmalıdır”.

S.Əkbər bəyan etdi ki, Türkiyə ilə hərbi ittifaq müqaviləsi yubadılmadan bağlanmalıdır. Azərbaycanda Türkiyənin hərbi bazaları qurulmalıdır: “Təkbaşına Rusiyaya gücümüz çatmır. Çatmadığı üçün də biz təbii müttəfiqlərimiz vasitəsilə güc qazanmalıyıq. Bunu millətlə açıq danışmaq lazımdır. Türkiyə ilə hərb ittifaq sazişi bağlamalısan, bunun başqa yolu yoxdur. Onlar yanımızdadır, Azərbaycan hökuməti bundan artıq nə istəyir? Türkiyə dövləti bundan artıq nə etməlidir? Yanımızdadırlar və gözləyirlər ki, Azərbaycan nə vaxt ortaya qəti iradə qoyub hərbi ittifaq müqaviləsi bağlayacaq və burada bazaların yaradılmasına rəsmi razılıq veriləcək. Pakistanla strateji tərəfdaşlıq sazişi imzalanmalıdır. Yeganə müsəlman nüvə dövlətidir, böyük çəkindirici gücdür. Digər tərəfdən, Avropa Birliyi ilə açılım eləmək lazımdır. ABŞ-la, Böyük Britaniya ilə açılım eləmək lazımdır. Bütün nefti qazı vermişik Böyük Britaniyanın şirkətlərinə, amma Böyük Britaniya Azərbaycana nə verib?! Bu münaqişədə hansı bir yardımı olub?! Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı saziş bağlamaq üçün danışıqlara başlanmalıdır. Hazırda masa üzərində olan saziş dərhal imzalanmalıdır. Vaxt itirmədən assosiativ üzvlüklə bağlı danışıqlar başlamalıdır. ABŞ-la strateji tərəfdaşlıq xartiyası imzalanmalıdır. Hansı ki, bunu Gürcüstandan öncə bizə təklif eləmişldilər. Britaniya ilə oturub açıq danışmaq lazımdır ki, siz nə vaxta qədər Azərbaycanın sərvətlərini daşıyıb pərdə arxasında qalacaqsınız?! Bu addımların heç biri hələ ki atılmır. Azərbaycan hakimiyyəti müxalifətlə açıq danışıqlara gedib məsuliyyəti bölüşməlidir. Bütün bunlar ölkəmizin gücünü, immunitetini artıracaq məsələlərdir”.

Tural Abbaslı: “Arif Hacılı Müsavatı uçuruma apardı” | RealMedia.az

Tural Abbaslı: “Ermənistanı və onun  terrorçu xalqını heç rus dayıları da xilas edə bilməyəcək”

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, əslində Ermənistanın aqressiyası uzun illərdir davam edir: “Hazırda  Ermənistanın  həm iqtisadi, həm  siyasi,  həm  də sosial  baxımdan  vəziyyəti  xeyli ağırdır. Populist çıxışlardan və boşboğazlıqdan başqa bir  iş bacarmayan  Nikol Paşinyan bu çatışmazlıqları ört-basdır etmək üçün Azərbaycanla sərhəddə və Qarabağ cəbhəsində vəziyyəti gərginləşdirməkdə maraqlıdır. Ancaq o unudur ki, nə Azərbaycan Ordusu  əvvəlki ordudur, nə də xalqımız əvvəlki kimi onlara qarşı mərhəmətlidir. Ermənistan artıq  anlayır ki, Azərbaycan  ərazilərinin  işğalı  ilə barışmaq  niyyətində  deyil və tez  bir  zamanda  qısamüddətli və sürətli müharibə ilə ərazilərini terrorçulardan azad  etmək niyyətindədir. Tovuz istiqamətindəki  erməni  təcavüzü  əslində bu  müharibəyə hazırlığın qarşısını almağa  hesablanıb. Onlar belə düşünürlər ki, belə şərəfsiz və namərd  hücumlarla ordumuzun diqqətini  əsas hədəfdən yayındıra biləcəklər. Ancaq onlar  yanılırlar. Şanlı ordumuz anidən əks- hücuma keçə və tanklarımız  İrəvan küçələrində görünə bilər. Odur ki, ermənilərə məsləhətim bu  olardı  ki, nə qədər gec deyil  Azərbaycanın  torpaqlarından  rədd olsunlar. Əks  təqdirdə, Azərbaycanın şanlı  ordusu dost və qardaş ölkələrin də siyasi dəstəyini alaraq İrəvana qədər  gedəcək. Bu zaman Ermənistanı və onun  terrorçu xalqını heç rus dayıları da xilas edə bilməyəcək”.

Fuad Əliyev: “Dövlət Departamentində keçirdiyim görüşlərdə mənə dedilər  ki...” » Avrasiya.Net

Fuad Əliyev: “Tovuzda yenidən atəşkəsin pozulması o deməkdir ki…”

ALDP sədri Fuad Əliyev isə bildirdi ki, baş verənlər Ermənistanın müharibə yolunu seçməsinin daha bir təsdiqidir: “Azərbaycana Ermənistan tərəfindən törədilən təxribatdan sonra Ermənistanın baş naziri və müdafiə naziri qondarma ”DQR”ə səfər etdilər. Daha sonra baş nazirin həyat yoldaşı 18-27 yaşlı erməni qadınların hərbi təlimlərdə iştirak etməsi üçün çağırış etdi. Şəxsən özü əlində silahla şəkil çəkdirir, bizə hədə-qorxu gəlir. Ermənistan müdafiə naziri Gəncəni vurmaqla hədələyir. Bütün bunların ardınca Tovuzda yenidən atəşkəsin pozulması o deməkdir ki, ermənilər müharibə yolunu seçiblər. Ermənistanın artan bu aqressiyasının qabağı alınmalıdır. Biz beynəlxalq hüquqa əsaslanıb, BMT-nin məlum qətnamələrini əsas tutaraq işğalda olan torpaqlarımızı təcili güc yolu ilə azad etməliyik. Ermənilər müharibə yolu seçiblərsə, onda bizm başqa yolumuz qalmır. Biz işğalda olan torpaqlarımızı müharibə yolu ilə azad etməliyik”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …