Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Münhendə Məmmədyarovla Mnatsakanyanın görüşü gözlənilir

Münhendə Məmmədyarovla Mnatsakanyanın görüşü gözlənilir

Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş ola bilər.

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov “RİA Novosti”yə açıqlamasında belə bir görüşün keçiriləcəyini istisna etməyib. Nazirin sözlərinə görə, iki dövlət rəhbəri arasında görüşün mümkünlüyü müzakirə oluna bilər. “Yəqin ki, ayaqüstü görüş mütləq olacaq. Biz görüşmək üçün bütün imkanlardan istifadə edirik”, – deyə Məmmədyarov vurğulayıb. (Azvision.az)

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …