Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Müharibə başlasa əlavə 7 rayonu da tutacağıq deyən şərəfsiz Sarkisyan hardadır? – Elxan Mehdiyev

Müharibə başlasa əlavə 7 rayonu da tutacağıq deyən şərəfsiz Sarkisyan hardadır? – Elxan Mehdiyev

Paşinyan deyirdi ki, mən Dağlıq Qarabağın adından danışa bilmərəm, onun öz xalqı tərəfindən seçilmiş höküməti var, prezidenti var, mən onların adından heç nəyə imza ata bilmərəm. Bəs indi nə deyir Paşinyan?. Özü kapitulyasiya sənədinə imza atır və bunu hətta göylərə qaldırdığı qəhrəman ordusunun yalvarışı ilə olduğunu deyir. Yeri gəmişkən, onun indiki çıxışlarını hamı izləməlidir və bəlkə də sonralar o bu sözlərindən də əl çəkəcək. İndi şokdadır və qorxu içindədir. Həm özünün şəxsi həyatını və şəxsi hakimiyyətini qorumaq üçün acı həqiqətləri deməklə, özünə bəraət verir. Deyir ki, təslim sənədinə imza atmasaydım həmən gün Stepanakert gedirdi və sonra isə Azərbaycan ordusu bizim bütün qalan qüvvələri mühasirəyə alıb məhv edəcəkdi. Burada da öz qəhrəmanlığından danışır ki, mən olan qalan ordunu da xilas etmişəm. 2 ay öncə isə erməni ordusunun və erməni xalqının qətiyyəti ilə bağlı Paşinyanın və onun təlxək Xarici işlər naziri Mnasakanyanın dedikləri sağlıqlar yerə-göyə sığmırdı… 
Azərbaycan müharibə başlasa əlavə 7 rayonunu da tutacağıq deyən şərəfsiz Serj Sarkisyan hardadır?  Bu şərəfsiz özünü hələ də asmayıb. Şərəfi olsaydı çoxdan asmışdı. Əslində erməni cəmiyyətini bu gipnoz və xəstə vəziyyətə salan elə bu S. Sarkisyandır. Paşinyan onun yaratdığı vəziyyətin qurbanı oldu. 
Yaxud özunə Komandos adı qoyan, 1992-ci ildə Şuşanın işğalına başçılıq etmiş Arkadi Ter Tatevosyan şərəfsiz haradadır? Deyirlər ölüm ayağındadır. 1 qm şərəfi olsaydı özünü öldürmüşdü. Mardakertin Vəng kəndində Moskvadakı erməni milyarderi Sarkisovun pulu ilə Qafqazda ən böyük Suvorov-Mədətov hərbi məktəbini tikdirirdi. İkinci mərtəbəsinə çatmışdı. Məhv oldu özü də, məktəbi də. 
Maşın yuyan Samvel Babayan general leytenant olmuşdu. “Arsax qəhrəmanı” idi. 1993-cü ildə torpaqları Kazimirovla koordinasiya edərək o tuturdu. Artıq qəhrəman olmadığını elan edib. Rütbələrini cırıb atıb. Yəqin yenə Moskva bazarlarında ərik satacaq. 
Ölü alveri edən Vitali Balasanyan Arsax qəhrəmanı idi. Bu ilin yanvar ayında Yerevanda Yerablur qəbristanlığında jurnalistlər ondan Azərbaycan ordusunun torpaqları geri ala biləcəkləri variantlarını soruşurdu. Hər cür belə suala bircə cavabı vardı: “Çi kareliya”. Yəni, mümkün deyil.  Azərbaycan heç nə edə bilməz deyirdi. 
Bu arada yenə Samvel Babayan həqiqəti deyirdi. “A kişi erməni əsgərləri Azərbaycanın raketlərini göydə əlləri ilə tutacaq? Siz nə danışırsınız?-deyirdi. Ermənistanın müasir silahları yoxdur deyirdi”.Ölü alveri edən, evində azərbaycanlı əsirləri qul saxlayıb, sonra öldürən, özünə general Manvel adı qoyan insanabənzər bu məxluq hardadır? Füzulini yer üzündən silən bu canidir. 1994-cü ildə başlayaraq 6 il Füzilunin hərbi komendantı olub və bütün bölgəni talan edib. Ermənistan, Arsax qəhrəmanı olmuşdu. 
Hardadır Koçaryan? “Qarabağ qəhrəmanı”? Vətənimizi xarabaya çevirib Keniya meşələrində ov edən, özünə təmtaraqlı həyat quran bu canı. “Biz Qarabağ məsələsini həll etmişik. Bizim Qarabağ problemimiz yoxdur. Azərbaycanın problemi varsa gəlsin Arsaxla danışsın”.  “Bizim danışıqlara getməkdə məqsədimiz tutduğumuz əraziləri leqallaşdırmaqdır”- deyirdi. “Qarabağ heç vaxt müstəqil Azərbaycanın hissəsi olmayıb deyirdi”. Məhv oldu getdi Koçaryan . 
“Bizim Azərbaycanı sülhə məcbur etmək kimi heç bir problemimiz yoxdur. Müharibəni başlayan günü məğlub olacaq”-  Seyran Ohanyan deyirdi. “Arsax Qəhrəmanı” olmuşdu. İndi Şuşada  Azərbaycan əsgərinin 10 saat mühasirəsində qalmış, cangüdənin  ölümü hesabına güclə canını qutarıb dinc əhaliyə qoşularaq İrəvana qaçmışdı. Guya keçilməz Ohanyan xətti qurmuşdu. Əslində bu xətti sovet ordusunun generalı Zineviç qurmuşdu. 6 il Baş Ştab rəisi kimi Qarabağdakı istehkam və xətləri sovet hərb sisteminə uyğun olaraq o qurmuşdu. 
Hardadır “qəhrəmanı” Arkadi Karapetyan?. Bu faşist gədə Gəncəni tutmağı planlayırdı. Gəncəni tutmaq planı stolumun üstündədir deyirdi. Arsaxın probleminin həlli Gəncəni tutmaqdır deyirdi. Məhv olub indi. Yalvarirdi. Adam göndərin, Şuşanı müdafiə edə bilmirik deyirdi.     
Hanı qəhrəman erməni ordusu?  Bəlkə də erməni içində qəhrəmandır onlar. Amma Azərbaycan ordusu qarşısında gizləndikləri mağaralarda məhv edilən PKK terror dəstəsindən fərqi olmayan “qəhrəmanlardır”.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Dövləti!
P.S. Mənim arzularımdan biri bizim xüsusi xidmət orqanlarımızın bu canilərdən heç olmasa birini tutub Bakıya gətirməsidir.

Elxan Mehdiyev, konfiliktoloq

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …