Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Müğənni məmur oğluna ərə gedir – Video

Müğənni məmur oğluna ərə gedir – Video

Bir neçə gün öncə məmur oğlu ilə kəbin kəsdirən müğənni Afaq Aslan müqəddəs Ramazan ayından sonra restoranların birində nikah masasına əyləşəcək.    Bu barədə Azinforum.az-a danışan ifaçı bildirib ki, toyunun dəqiq gününü söyləmək niyyətində deyil:    “Bir müddət öncə mətbuata vəzifəli məmur oğlu ilə ailə qurmağa hazırlaşmağım xəbərini açıqladım. Bu açıqlamamdan sonra bir çox problemlər yaşadım. Ailə quracağım bəyin adını açıqlamasam da onun şəkli saytlarda dərc olundu. Buna görə də mənim başım çox ağrıdı. Ona çox zənglər gəldi. Hətta küsülü olduğum bir müğənni həmkarım ona zəng edib, barəmdə xoşagəlməz ifadələr söyləyib. Həmin həmkarımın kim olduğunu isə toyumdan sonra açıqlayacam. Həmin müğənnin mənim ailə quracağım bəylə danışdığı səs yazısı da məndədir. Hazırda başımız toyumuza qarışıb. Orucluqdan sonra, iyulun sonunda toyumuz olduqdan sonra həmin xanım müğənnin cavabını elə mətbuat vasitəsi ilə verəcəm. Toyumuz barədə onu deyə bilərəm ki, mediaya qapalı olacaq. Şou-biznesin bir çox tanınmış simalarını həmin gecəyə dəvət etmişəm”.   

Müğənni ailə quracağı bəyin onun yaradıcılıq işlərinə dəstək olduğunu deyib:    “Hər zaman Allahımdan belə bir bəyi qarşıma çıxarmasını arzulamışam. O, mənim yaradıcılıq işlərimə dəstək olur. Həm maddi, həm də mənəvi köməyim odur. Onun dəstəyini görüb, mən də sözləri Zaur Zeynala, musiqisi Nurlan Təhməzliyə, aranjemanı Fərahimə məxsus “Qara səhifəm” adlı mahnını ifa elədim. Bu mahnı bu gündən etibarən radio-dalğalarında səslənəcək”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın