Ana səhifə / Siyasət / Müdafiə Nazirliyi Seyran Ohanyanın növbəti boşboğazlığına cavab verdi…

Müdafiə Nazirliyi Seyran Ohanyanın növbəti boşboğazlığına cavab verdi…

Dağlıq Qarabağ münaqişəsinin yegana həlli Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasıdır.
Bu barədə Moderator.az-a Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyət və münaqişənin həlli ilə bağlı fikirlərinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd edək ki, erməni mətbuatına danışan Ohanyan bildirib ki, ölkəsi Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini istəyir və bu istiqamətdə addımlar atır.
O bildirib ki, guya Azərbaycan tərəfi konstruktiv iş aparmaq istəmir, cəbhədə təxribatlar törədir və atəşkəs rejimini pozur.
“Azərbaycanın dinc əhalisinə qarşı amansızlığı və qəddarlığı ilə seçilən, cinayətlər törətmiş Seyran Ohanyanın heç şübhəsiz xarici auditoriya üçün ünvanladığı siyasi terminlərlə dolu növbəti boşboğazlıq Ermənistanın hərbi-siyasi rəhbərliyindəki şəxslərin tam məsuliyyətsizliyi, öz xalqının gələcəyini düşünməyən kəslərin riyakarlığı və ikiüzlüyünü bir daha sübüt edir”, – deyə, MN-dən bildiriblər.
Nazirlikdən bir daha vurğulayıblar ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə, birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır.
“Məsələ ya Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərə riayət etməsilə həll olunmalıdır, ya da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşıda qoyulan tapşırıq tam icra edilməklə işğalçılar torpaqlarımızdan qovulmalıdır”, – deyə, bəyanatda qeyd olunur.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın