Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Mübariz Mənsimov məmurları kompromatla hədələdi: “Unutmasınlar ki…” – VİDEO

Mübariz Mənsimov məmurları kompromatla hədələdi: “Unutmasınlar ki…” – VİDEO

“Biz küllərdən yenidən doğulub çıxan insanlarıq. Ən aşağı düşüb yenidən zirvəyə qalxa bilərik. Bizi heç bir qüvvə qorxuda bilməz”.

Mia.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ANS-in Türkiyə bürosunun müxbiri Pərviz Sultansoya müsahibəsində bildirib.

Pərviz Sultansoyun “Mübariz Mənsimov iflas dərəcəsinə çatıb. Nə baş verir? Həqiqətən də Mənsimov iflas olub?” sualına azərbaycanlı iş adamı belə cavab verib:

– Dünyanın hər bir yerində qlobal bir kriz var – Azərbaycanda da, Türkiyədə də, Amerikada… Sözsüz bu kriz Palmali Şirkətindən də yan keçməyib. Lakin bu demək deyil ki, biz iflasa uğramışıq! Palmali bu gün də dünyada ən böyük dənizçi şirkətlərindən biridir.

Sadəcə olaraq biz fəaliyyətimizin istiqamətini dəyişərək kənarda olan digər fəaliyyət növlərimizə və yan şirkətlərimizə yox, əsas işimiz olan gəmiçiliyə önəm verməyə başlamışıq.

– Bəs onda bu qara piarın sifarişçisi kimdi sizcə? 

– Bizim içimizdə bir qısqanclıq var. Bu gün bu qısqanclıqları aşmalıyıq. Əgər bir azərbaycanlı iş adamı varsa, ona dəstək olmaq lazımdır. Ucuz sifarişlərlə, qara piarlarla məşğul olan insanları sadəcə gülərək keçirəm. Bu cür işlərlə məşğul olanlar bu gün Azərbaycan Prezidentinin yürütdüyü siyasətə zidd hərəkət edən və sərbəst rəqabətin qarşısını kəsən insanlardır.

Bu gün mənə və şirkətimə qarşı yönələn ittihamlar sadəcə olaraq bir neçə Azərbaycan məmurunun qara piarıdır. Mən çox gözəl bilirəm bunlar kimlərdi…

Təəssüf ki, onlar çirkin oyunlar oynayır. Amma unutmasınlar ki, bu gün onlar  əsassız sözlərlə məni ittiham edirlərsə, sabah mən əlimdə olan beynalxalq media resurslarla onların çirkin işləri haqqında real sənəd və dəlilləri ortaya çıxara bilərəm. Sözsüz ki, mən belə çirkin oyunlar oynamıram, amma hər şeyində bir həddi var. Mənim 4 uşaqım var və bu gün qızım məndən qara piarda yazılanlar haqqında soruşanda mən məyus oluram, bilmirəm nə cavab verim. Belə vicdansızlıq olmaz!

Belə qara piardan axı Azərbaycan nə udacaq. Yazırlar ki, mən iflasa uğramışam – axı Azərbaycanın dünya miqyaslı, adlı-sanlı iş adamları olan Mübariz, İskəndər, Telman, Aqalarov və s. iflasa uğrasa Azərbaycan bundan nə qazanacaq? Bunu yazanlar və ya sifariş edənlər bir dəfə olsa belə güzgü qarşısında durub özlərinə sual versinlər ki- “Mən Azərbaycan üçün nə etmişəm? Mənim Vətənim Azərbaycan üçün onlar nə ediblər? Təəssüf ki, belələri yalnız dağıda bilirlər…”

Gənc kadırların yetişəcəyini, gənc iş adamlarının sayının daha da artacağını söyləyən azərbaycanlı iş adamı bu prosess daimidir və bunun qarşını heç bir qara qüvvənin ala bilməyəcəyini qeyd edib.

Bunlar bizə qarşı yox – Azərbaycanın başçısı olan möhtərəm Prezident İlham Əliyevin siyasətinə qarşı çıxış edirlər. Baxın, mən o gün İtaliyada idim və orada da Azərbaycanda tədbiq olunan Asan sistemindən danışırdılar. Dünyada misli olmayan bu struktur bu gün Azərbaycanda Prezidentin korrupsiya ilə mübarizə siyasətinin bariz nümunəsidir. Cənab Prezident Ulu Öndərimiz Heydər Əliyevin düzgün siyasətini həyata keçirməkdə davam edir və bu yoldan kənarlaşan hər bir kəs xəyanətkardır. Bir neçə il əvvəl biz heç xəyalımıza gətirə bilməzdik ki, Bakıda Formula 1 yarışları, Avropa oyunları və digər beynəlxalq tədbirlər keçirilə bilər. Biz, xaricdə yaşayan azərbaycanlılar Prezidentin bu əməllərinin nəticəsini aydın görürük və gürur duyuruq. İn şa Allah qısa müddətdən sonra Qarabağ və digər torpaqlarımız da qayıdacaq.

Yazıllar ki,  Palmali İŞİD-lə əməkdaşlıq edir – bu nə cəfənqiyyatdı. Nə İŞİD, nə Kürd nə də ki, digər siyasi qüvvələrlə mənim əlaqəm olmayıb və olmayacaq. Mənim balalarım var və sözsüz ki, məndə bütün normal insanlar kimi terorizmə nifrət edirəm. Adam necə də cahil ola bilər. Axı bu günki şəffav dünyada ən ciddi biznes sferası olan neft daşıyan gəmilər beynalxalq nəzarət altındadır. Onlara tövsiyəm budu – internetdə Ship History şəbəkələrini tapsınlar və dəqiqəsinə qədər görsünlər ki, bizim gəmilər hansı dənizlərdə üzür və kimin neftini daşıyır. Axı Swiss Bank, Deutsche Bank, European Bank for Reconstruction and Development, BNP Paribas Bank  və digər beynəlxalq maliyyə institutları Palmali ilə necə əməkdaşlıq edir, bizə bu günə qədər necə kreditlər verillər. Bu savadsız insanlara mənim sadəcə yazıqım gəlir.

–  Azərbaycanda son Prezident seçkiləri zamanı xaricdə  yaşayan Abbas Abbasov və bir sıra digər varlı azərbaycanlı iş adamları Ilham Əliyevə qarşı təşkil olunan milyarderlər qrupunu yaratdılar. Mübariz Mənsimov isə bu qrupa qoşulmadı və indi isə niyəsə Abbas Abbasovun adını Mübariz Mənsimovun yanında səsləndirirlər…

– Tamamilə düz deyirsiz. Mən Abbas Abbasovu keçmiş Baş Nazirin müavini kimi tanıyıram. O ki qaldı Prezidentə qarşı hansısa hərəkətlər, bu, bizim ailəmizin tərbiyəsinə ziddir, biz bu yolun adamları olmamışıq, deyilik və heç vaxt olmayacayıq. Sözsüz ki, Azərbaycan dövləti bizə desə ki, biz dərnəklər yaradaq və ya Azərbaycançılıq ideyalarını təbliq edək və dəstək olaq, biz bunu məmnuniyyətlə etməyə hazırıq və hər zaman etmişik də, amma kimlərinsə sifarişi ilə Azərbaycana və ya onun layiqli vətəndaşlarına qarşı nəsə etmək bizlik deyil!.

Bəli, mən Türkiyədə yaşayıram və burda vətənim üçün əlimdən gələni edirəm – minlərlə imkansız Azərbaycan ailələrinin balalarını burda oxutmuşuq, yüzlərlə Azərbaycandan gələn xəstələrə şəfa tapmağa yardımçı olmuşuq. lakin bunuda mənə irad tuturlar. Mənə Türkiyədə işləməyimi irad tuturlar. Mən Azərbaycanda işləyə bilmərəm – hərə özünə monopoliya yaradıb – işləməyə imkan belə vermillər. Lakin yaxşı hall budur ki, bu sahədə də Cənab Prezident İlham Əliyev reformalar aparır və sağlam biznesin inkişafına imkanlar yaradır. Məhz İlham Əliyevinin sayəsində bu gün də Azərbaycana inam var və bizdə, xarici iş adamları da  Vətənimizə sərmayələr qoymaqda davam edirik.

Mübariz Mənsimovun ANS-ə müsahibəsi

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın