Ana səhifə / Siyasət / Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarılıb

Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarılıb

“Müəllimliyə imtahan verən bəzi şəxslərin nəticələri uğurlu deyil, davranışları seçdikləri peşəyə uyğun gəlmir”

Bu il ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsindən 4 nəfər telefon və elektron əşyalar keçirməsi səbəbindən çıxarılıb.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib ki, telefon və elektron əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir. 4 nəfərin bu səbəbdən imtahandan çıxarıldığını deyən R.Məmmədov qeyd edib ki, müəllimliyə imtahan verən bəzi şəxlərin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir: “Qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın