Ana səhifə / Siyasət / Müəllimlərin əməkhaqqısı qaldırıldı – ADPU-da

Müəllimlərin əməkhaqqısı qaldırıldı – ADPU-da

Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimlərin əməkhaqqısı artırılıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Elmi Şuranın qəbul etdiyi qərara əsasən bu ilin mart ayının 1-dən əməkdaşların əmək haqlarına onların vəzifələri və iş həcminə uyğun olaraq 30-200 manat məbləğində əlavələr ediləcək. Hazırda ADPU-nun dekanlarının əmək haqları 1139 manat, kafedra müdirlərinin əmək haqları isə 1035 manatdır. Qeyd edək ki, əmək haqlarına artım ADPU-nun 1400-dən çox əməkdaşına şamil ediləcək.

Eyni zamanda Elmi Şuranın iclasında bu ilin fevral ayından başalayaraq normativ təhsil müddətində alt qruplarda (yay məktəbi istisna olmaqla) təhsil alan tələbələrin əlavə kreditlər üzrə təhsil haqlarının ADPU-nun daxili imkanları hesabına ödənilməsi haqqında da qərar qəbul edilib.

Bundan başqa, universitetdə tədrisin keyfiyyətini yüksəltmək, həmçinin dekan, kafedra müdirləri, dekan müavinləri və professor-müəllim heyətinin fəaliyyətini stimullaşdırmaq məqsədilə hər semestrin imtahan sessiyasının yekunlarına görə (nəzərdə tutulan şkalalara uyğun olaraq) növbəti semestrdə diferensiasiya prinsipi ilə əmək haqlarına əlavələr edilməsi barədə qərar qəbul edib.

Həmçinin, tələbələr arasında rəqabət mühitini yaratmaq üçün hər semestrin sonunda ən yüksək göstəricilərə nail olan bir qrupun bütün tələbələrinə (həm dövlət sifarişi, həm də ödənişli əsaslarla təhsilalanlara) 1 aylıq təqaüdləri həcmində pul mükafatı verilməsi barədə qərar qəbul olunub.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın