Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / MTN hərəkətə keçdi – Foto

MTN hərəkətə keçdi – Foto

Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi Qobustanın Ceyrankeçməz qəsəbəsindəki məzarlığın dağıdılması hadisəsinə reaksiya verib.

Qəsəbə sakinlərinin Axar.az-a verdiyi məlumata görə, MTN rəhbərliyinin tapşırığı ilə iş nəzarətə götürülüb.

Şikayətçi sakinlər MTN-də bu gün qəbul edilib, dinlənilib və onlara ən qısa müddətdə tədbir görüləcəyi bildirilib.

Sakinlər də qəbul zamanı qəbirləri dağıdan şəxslər kimliyini açıqlayıblar və ölülərinin ruhunu təhqir edən həmin adamların məsuliyyətə cəlb olunmasını xahiş ediblər.

Qeyd edək ki, hadisə bu il avqustun 8-də baş verib. Qəsəbənin köhnə qəbiristanlığı dağıdılıb. Məzarlıq yerlə-yeksan olunub, 53 qəbirdən ölülərin sümükləri çıxarılaraq çölə atılıb.

Bu cinayət törədilərkən 90 SE 067, 90 TO 883, 10 RE 666 dövlət nömrə nişanlı maşınlar orada olub.

Şikayətçilər qeyd ediblər ki, məsələnin arxasında Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsinin rəisi dayanır.

Hadisə ilə bağlı Qobustan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, sakinlərin bu mövzu ilə bağlı şikayətinin ilk işıqlandıran Azinforum.az olub.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın