Ana səhifə / Siyasət / MTN-dən Hilal Əsədovla bağlı xəbərə reaksiya – Açıqlama

MTN-dən Hilal Əsədovla bağlı xəbərə reaksiya – Açıqlama

Milli Təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovla bağlı yayılan məlumatlara nazirlik tərəfindən açıqlama verilib.

Milli Təhlükəsizlik Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Hilal Əsədovun vəzifəsindən azad olunması ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur.
“Hilal Əsədov barədə yayılan bütün xəbərlər cəfəngiyatdır. O, hazırda Milli Təhlükəsizlik Nazirliyində iş başındadır. Mətbuatda onun işdən azad olunması ilə bağlı yayılan xəbərlər dezinformasiyadır” -deyə nazirliyinin açıqlamasında bildirilir.
Xatırladaq ki, Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunduqdan sonra mətbuatda Hilal Əsədov barədə dəqiqləşdirilməmiş məlumatlar yayılıb. Hətta həbs olunan arasında Hilal Əsədovunda adı olsa da Milli Təhlükəsizlik Nazirliyinin rəsmi açıqlamasından sonra bu məlumatın doğru olmadığı bəlli oldu.
Onu da qeyd edək ki, ötən gün Baş Prokurorluğun yaydığı məlumatda isə MTN-nin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində həbs edildiyi bildirilib.
Həmin adamların adları açıqlanmasa da KİV-lər tutulan MTN əməkdaşlarının əksəriyyətinin general olduğu vurğulanır. MTN mərkəzi aparatının rəhbəri general Fərhad Vahabovun, həmçinin MTN-in Monitorinq Mərkəzinin əməkdaşları general-mayor Natəvan Mürvətovanın və general-mayor Teymur Quliyevin, general Akif Çovdarovun, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin adları hallanır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın