Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / MTN-də daha bir general işdən çıxarıldı – Yeni təyinatlar

MTN-də daha bir general işdən çıxarıldı – Yeni təyinatlar

Milli Təhlükəsizlik Nazirliyində növbəti vəzifədən azad etmə və təyinat həyata keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, nazirliyin istintaq idarəsinin rəisi general Mövlan Şıxəliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

Eyni zamanda Eldar Mahmudovun yaxın qohumu olan, nazirliyin əməkdaşı Elşad Mahmudov da işdən çıxarılıb.

Həmçinin qeyd edək ki, bir neçə gün əvvəl isə işdən çıxarılan MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanovu isə nazirliyin əməkdaşı Ceyhun Şadlinski əvəzləyib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın