Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / MQ-nin Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı – Əli Hüseynli

MQ-nin Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı – Əli Hüseynli

ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı.

Bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli deyib.

Ə.Hüseyli bildirib ki, Azərbaycan bu məsələni əks-hücum əməliyyatları ilə həll etdi:

“Minsk qrupunun bundan sonra hansısa fəaliyyətlə məşğul ola biləcəyi sualına gəlincə isə yeganə fəaliyyət ondan ibarət ola bilər ki, onlar Erməistanı 10 noyabr sazişinin müddəalarını icra olunmasına təşviq etsinlər və bunu çəkinmədən etsinlər. Burada onların bir faydası ola bilər.

Münaqişə artıq mövcud deyil, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Mövcud olan bir sıra problemlər var və onların həlli üçün zamana ehtiyac var. Üçtərəfli bəyanata imza atan bütün tərəflər sənədin müddəalarına əməl etməlidir. Hal-hazırda ATƏT-in Minsk qrupunun görə biləcəyi yeganə faydalı iş yalnız bu ola bilər – Ermənistanı bu işləri sürətlə icra etməyə təşviq etmək”.Trend

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …