Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Moşu”ya vəzifə verildi

“Moşu”ya vəzifə verildi

Azərbaycanın sevilən aktyoru, Xalq artisti Valeh Kərimov işlə təmin olunub.

Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bu mövsümdə Gəncə Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərəcək:

“Hazırda Gəncədəyəm. Məni bura rejissor kimi dəvət ediblər. Həm tamaşalar hazırlayacam, həm də aktyor kimi rollar oynayacam”.

V.Kərimov bildirib ki, hazırda sözü gedən teatrda quruluş verəcəyi əsəri teatr rəhbərliyi ilə müzakirə edir: “Mənim fikrimdə çox əsərlər var. Teatrın imkanları çatan əsərləri səhnəyə gətirəcəm”.

Xatırladaq ki, Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərirdi. O, ötən mövsümdə yaşla əlaqədar teatrdan kənarlaşdırılıb.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın