Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Mixail Boçarnikov: “Azərbaycan Faşizm üzərində qələbədə böyük rol oynayıb”

Mixail Boçarnikov: “Azərbaycan Faşizm üzərində qələbədə böyük rol oynayıb”

“Azərbaycan Faşizm üzərində qələbədə böyük rol oynayıb” – deyə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mayın 9-da deyib.

Rusiyanın Azərbaycandakı səfiri Qələbə Günü ilə bağlı Bakıdakı Hərbi Şöhrət Memorialının önünə çələng qoyub.

“Azərbaycan vətəndaşları qələbə üçün çox şey ediblər. Onlar həm cəbhədə döyüşüblər, həm də arxa cəbhədə qələbəyə töhfə veriblər” – deyə Boçarnikov bəyan edib.

Rusiyalı diplomatın sözlərinə görə, 9 may – xüsusi gündür. Bu gün ümumi qələbənin əldə edilməsində rolu olan, cəbhədə döyüşən və arxa cəbhədə qələbə üçün çalışanların xatirəsi yad edilir.

Boçarnikov qeyd edib ki, qələbə üçün MDB-nin bütün ölkələri mübarizə aparıb: “Bizim dostluğumuz müharibə ilə sınanıb. Bu dostluq gələcəkdə daha da inkişaf edərək, ölkələrimiz arasında əməkdaşlığı gücləndirəcək. Biz faşizmə qarşı bir yerdə mübarizə aparacağıq”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …