Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana səfərə gələn Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Misir Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Misir Prezidentinə raport verib.

Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Əbdülfəttah Əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Misir və Azərbaycan Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …