Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Misir Mərdanov: “Xahiş edirəm, məni bu işə qatmayın!”

Misir Mərdanov: “Xahiş edirəm, məni bu işə qatmayın!”

Sabiq təhsil naziri Misir Mərdanovun noyabr ayında keçiriləcək parlament seçkilərinə qatılacağı xəbəri yayılıb. YAP-ın namizədi olaraq seçkilərə qatılacağı deyilən sabiq nazirlə ilkin razılığın əldə olunduğu da vurğulanıb.
 
Hətta, sabiq nazirə 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmək də təklif olunub.
Lakin keçmiş təhsil naziri Misir Mərdanov Modern.azsaytının əməkdaşı ilə söhbət zamanı yazılanların tam əksini deyib.
“Misir müəllim, bu il keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyinizi vermək fikriniz varmı” sualına eks-nazirin  reaksiyası belə oldu.
“Yox, yox xahiş edirəm, bu cür məsələlərlə bağlı mənə müraciət etməyin. Parlament seçkiləri barədə heç nə deyə bilmərəm. Məni bu işə qatmayın!”.
YAP-ın seçki siyahısına adı salındığı deyilən Misir Mərdanovun namizədliyini irəli sürəcəyi 16 saylı dairədən hazırkı deputat Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovdur.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın