Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Mirvari Qəhrəmanlı kimilər maliyyə aldığı qurumların tapşırığını yerinə yetirir”

“Mirvari Qəhrəmanlı kimilər maliyyə aldığı qurumların tapşırığını yerinə yetirir”

Özünü “hüquq müdafiəçisi” adlanandıran Mirvari Qəhrəmanlı SOCAR-a qarşı tənqid və qarayaxma kampaniyası aparır. Bəs SOCAR-a qarşı olan bu qarayaxma kampaniyasının əsas məqsədi nədir?

Suallımızı Milli Məclisin deputatı Tahir Rzayev cavablandırıb. O, açıqlamasında bildirib ki, SOCAR haqqında işlədilən çirkin ifadələr həqiqəti əks etdirmir:

“Bu gün bəzi müxalifətçilər, siyasi partiya rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də qeyri-hökumət təşkilatlarının üzvləri elə bir sahə qalıbmı ki, oranı tənqid etməmiş olsunlar?!  Əgər onlar düşmən üzərində qazandığımız qələbələrə, şəhidlərimizin hünərlərinə kölgə salırlarsa, deməli digər sahələri də ciddi tənqid edə bilərlər. Halbuki, həmin sahələrdə mövcud olan müəyyən qüsurları, çatışmamazlıqları bir o qədər də şişirtməyə ehtiyac yoxdur. Çünki reallıqlara əsaslanmadan, kiminsə dilindən eşitməklə, yaxud hardasa qaynaqlanmaqla Azərbaycan haqqında, Azərbaycanın dövlət orqanları haqqında, eləcə də neft şirkətləri haqqında, SOCAR haqqında belə ifadələr işlətmək, onları rüşvətxor, cinayətkar adlandırmaq, sözsüz ki, həqiqətləri əks etdirmir. Bu, düzgün yol deyil! Çünki əsl vətəndaş əgər çatışmamazlığı görürsə, onları müəyyən çərçivədə izah etməlidir. Və həmin nöqsanların aradan qaldırılması üçün müəyyən təkliflərini verməlidir, iradlarını bildirməlidir. Yoxsa, bütün dövlət orqanlarını, icra başçılarını, nazirlərini, deputatları və digər vəzifə şəxsləri quldur adlandırmaq, rüşvətxor adlandırmaq və onları cəmiyyətin gözündən salmaq azərbaycançılıq deyil. Azərbaycanlı adına bir kölgə salmaqdır! Ona görə də, mən təəssüf edirəm ki, bu gün biz iqtisadi cəhətdən inkişaf edən bir ölkə, torpaqları düşməndən azad edən bir dövlət, işğaldan azad olunan ərazilərdə çox mühüm möhtəşəm tədbirlər keçirən bir respublikanın adına müxalifət qüvvələrindən çox ciddi və reallığı əks etdirməyən tənqidlər eşidirik”.

Deputat əlavə edib ki, onlar nəinki bu qələbələrə sevinirlər, əksinə bu qələbələri, hünərləri təhrif edirlər:

“Və xarici ağalarının əllərinə bir fakt verirlər. Bu gün müəyyən siyasi dairələr gəlir Azərbaycan həqiqətlərini tamamilə təhrif edir, Azərbaycan xalqının, Azərbaycan dövlətinin adına bəyanatlar verir və düşmən Ermənistanı, təcavüzkarı tərifləyir, onun tərəfindən olduğunu bildirir. Bu hüquq-müdafiəçiləri, bu müxalifət qüvvələri heç biri səsini çıxartmır. Bu, vətənpərvərlik, azərbaycançılıq deyil! Ona görə də, mən SOCAR-ın tənqid olunmasına bu qədər də təəccüb etmirəm. Çünki bu gün hər bir kəs ancaq tənqid etmək, hər bir müxalifətçi dövlətin adına qarayaxmaq bir məqsədini əldə rəhbər tutub. Sözsüz ki, bu da onların o maliyyə vəsaiti aldıqları ölkələrin, qurumların təklifləridir, onların dərsləridir, onların bunlara verdiyi tapşırıqlardır”. Demokrat.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …