Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Mirşahin: “Onların təhlükəsizliyinə görə məsuliyyəti Bakının üzərinə qoyurlar”

Mirşahin: “Onların təhlükəsizliyinə görə məsuliyyəti Bakının üzərinə qoyurlar”

“Ermənistan-Azərbaycan münaqişəsi bütün dünyada erməni-azərbaycanlı davasına çevrilməkdədir. Azərbaycan ətrafında son dərəcə təhlükəli fon yaranır. Sosial şəbəkələrin məsuliyyətsiz və sahibsiz mühiti ayrı-ayrı şəxslərin təxribatlarına əsl meydan verib. Məsuliyyətsiz çağırışlar, təhriklər, onların icrası təkcə xaricdə yaşayan soydaşlarımızın yox, hər hansı məqsədlə ölkəni tərk edən Azərbaycan vətəndaşlarının da təhlükəsizlyinə ciddi təhdid yaradır. Yolda, küçə və meydanarda əlinə keçəni döyüb şil-küt etməklər fərdi qaydada cəzalandırmalar, belə linçlərin sosial şəbəkələrdə nümayişi törəmə reaksiyalara səbəb olur. Bir sıra şəbəkə istifadəçiləri daimi yaşayış yeri Azərbaycan olmayan soydaşlarımızın təhlükəsizliyinə görə də məsuliyyəti Bakının üzərinə qoyurlar. Azərbaycanın Xarici işlər nazirliyi, müxtəli ölkələrdəki səfirliklərimiz xarici ölkə vətəndaşları olan soydaşlarımıza birbaşa dəstək verə bilməz”.

Bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

M.Ağayev qeyd edib ki, azərbaycanlılar rastlaşdıqları şiddət və problemlərlə bağlı vətəndaşı olduqları ölkələrin hüquq-mühafizə orqanlarına müraciət etməlidir: “Azərbaycanın Baş Prokurorunun bir sıra ölkələrdəki həmkarlarına bugünkü müraciətinə ipucu kimi də baxa bilərik. Ən doğru yol vətəndaş səviyyəsində “qisasa qisas”dan imtina, günahkarları qanun qarşısında cavabdehliyə məcbur etməkdir. Unutmamalıyıq ki, bu gün Qafqazın iki respublikası öz dava-dalaşlarıyla az qala bütün dünyanın asayişinə, rahatlığına, sabitliyinə problem yaratmaqdadır və bu hal bir gün sadəcə kiminsə xoşuna gəlməyə bilər. Rusyada yaşayan soydaşlarımız bir müddət əvvəl Dağıstan sərhədində yerli polislə yaşananları unutmamalıdır. Qanun qoruqçuları bir sıra hallarda özünü Bakının mədəni polisi tək aparmır. Rusiyadan Azərbaycana göndərilən həmyerlilərimizin sayı bu dəfə qibtəolunmaz dərəcədə çox ola bilər. Biz iki mühüm məsələni unutmamalıyıq. Əvvəla, dünyada pandemiya rejimi hökm sürür, soydaşlarımızın hər dəfə hanslsa paytaxtda bir yerə toplaşmağı say məhdudiyyətinə ciddi riayət edən ölkələrin, şəhərlərin ürəyincə olmayacaq. Bu isə bir gün aksiyanın ağrısı başına düşən ölkəni zinhara gətirəcək. Qalanını buyurub fantaziya edin. İkinci mühüm məqam isə dinc aksiyalarla gündəmə gələn, Qarabağ probleminin həllinin sürətlənməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə sivil mitinqlər, yürüşlər təşkil edən azərbaycanlılarn son günlər ermənilərin dağııcı obrazına yaxınlaşmasıdır. Onu da nəzərə alaq ki, ermənilərin dünyada təşkil olunma təcrübələri daha çoxdur. O cümlədən Rusiyada. Deməli, azərbaycanlıların cəzalandırılması, tarixi vətənlərinə göndərilmə ehtimalı nəzəri cəhətdən xeyli artır. Biz təciii dayanmalı,dinc imicimizin aldığı xəsarətləri müayinə, müalicə etməliyik. Öz Prezidentimizin, Birinci vitse-prezidentin müraciətinə qulaq asaq ki, özgə Prezidentdən belə müraciəti eşitməyə məcbur olmayaq!”

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …