Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Mirşahin: “Belə getsə, 3-cü Ermənistan – Azərbaycan müharibəsi qaçılmaz olacaq”

Mirşahin: “Belə getsə, 3-cü Ermənistan – Azərbaycan müharibəsi qaçılmaz olacaq”

“Biz 44 günlük hərbi hərəkətlər zamanı Paşinyan Adminstrasiyasının gündə nə qədər yalan danışdığının şahidi olmuşuq. Biz rayonlardan çıxmırıq, taktiki gedişlə geri çəkilirik deyəndə də. Hadrutda Azərbaycan bayrağı dalğalananda “yox, bu montajdır, Hadrut bizdədir, döyüşçülərimiz sığınacaqlarda duzlu xiyar yeyir!” deyəndə də… Hələ Sarqsyan – Koçaryan cütlüyünün danışdığı yalanların üstünü sonradan rəsmi Bakı açanda da. Bu dəfə də Ermənistan Təhlükəsizlik Şurasının katibi, Prezidentin köməkçisi Hikmət Hacıyev ilə görüşdən hansısa əldəqayırma erməni variantı ilə çıxdığını qara erməni kütləsinin menyusuna verib. Axı ən avam birisinə də bəllidir ki, Ermənistan bu gün hər hansı şərt diqtə edə biləcək halda deyil. Ermənistanla aparılan söhbətdə beş təklifin başında bir əsas şərt gəlir: sən sülh istəyirsən, ya istəmirsən? Qalanı təfərrüatdır. Sual konkretdir: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırsan, ya tanımırsan?!” Tanıyırsan, çox yaxşı! Mən də sənin ərazi bütövlüyünü tanıyıram. Tanımırsansa, Azərbaycan sənin ərazi bütövlüyünü tanımır. Özü də dünəndən! Çünki dünən həm də bizim tariximizdir. Dünən bizim tariximizdir. Zaman ərazimizdir. Gəl qarşılıqlı tanımayaq və baxaq kim uduzur: Azərbaycan tərəfinin mövqeyi həm konstruktivdir, həm ardıcıldır, həm də, eyni zamanda sərtdir! O mənada sərtdir ki, “O, Qarabağ məsələsini heç kimlə müzakirə etmir! Bu məsələ Azərbaycanın suveren, daxili işidir, daxili işlərindən biridir. Məsələn, Səbail rayonunun kanalizasiya xəttini təzələmək kimi. Və ya Peştəsər kənd məktəbinə parta göndərmək kimi”.

Bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, Ermənistanın guya hansısa detallar barədə orada-burada sızdırmaları əvvəla tam yalandır, ikincisi də maneranın, yanaşmanın özü diplomatik etikadan kənardır: “Görünür, bu da qarşı tərəfin diplomatik qaydalar haqqında ya məlumatının, ya da sadəcə siyasi mədəniyyətinin olmamasından irəli gəlir. Bakıda Ermənistan tərəfinin yaydığı bu dezinformasiyanı sadəcə istehza ilə qarşıladılar. Hər kəsə aydın idi ki, bəyanat yerli istehlakçıya yönəlib. Bu gün Ermənistan bu yollarla vəziyyəti sabitləşdirmək istəyir. Azərbaycan bir dəfə qalib gəldi! Ermənistanda isə uğranılmış məğlubiyyət hər gün davam edir. Respublikacığazın daxilində baş verənlər isə böyük ehtimalla kənar qüvvələrin təsiridir. Kimsə və yəqin ki, aydındır hansı kimsə, regionda davamlı sülh üçün imkanlar yaranmasını istəmir. Ermənistan yenidən özünəməxsus, daha doğrusu, özgəsinəməxsus alət kimi istifadə edilir. Revanşistlər adlandırlan məğlublardan da. Revanşistlər kimdir? Əlbəttə, Koçaryan – Sarqsyan! Məgər onlar bu davada iştirak etmirdilər? Edirdilər. Amma belə getsə, 3-cü Ermənistan – Azərbaycan müharibəsi qaçılmaz olacaq. Bax o zaman artıq döyüş meydanı Azərbaycan ərazisi olmayacaq! Unutmayaq ki, delimitasiya və demarkasiya prosesində Azərbaycan artıq hansı dövrə aid xəritələrə üstünlük verəcəyini elan edib… Sevdiyim bir çarx var. Bəlkə ona bir də baxaq?! Amma ikili standartlar da var. Xüsusilə Ermənistana münasibətdə. Həqiqətən də, cavabını verməyə çətinlik çəkdiyim suallar var. Məsələn. Bax Ermənistan bu gün Ukraynanın işğalında ən yaxından iştirak edir. Aqressordur! Onun guya demokratik mahiyyət kəsb etdiyi barədə nağılının sonunda Paşinyan Qazaxıstana Kollektiv Təhlükəsizlik qüvvələrinin yeridilməsi əmri verəndə 3 alma, beş daş, 100-lərlə mərmi düşdü. Nağıl bitmədi? Axı Paşinyan Amerika Birləşmiş Ştatlarının təbirincə desək, Qazaxıstanda baş qaldıran xalq narazılıqlarını boğmaq əmri vermişdi. Baydenin demokratiya sammitindən dərhal sonra! Nədir də bu? Və ya: bu gün Ermənistan əslində Rusiyadan ötrü arxa cəbhə rolunu oynayır. Sanksiyalardan kənarda qalması ona öz havadarına əla kömək imkanı verir. Axı hamımız görürük ki, bir tərəfdən Ermənistan – Ukrayna cəbhəsində Belarusdan sonra Rusiyanın ən yaxın müttəfiqidir. Onun yardımları barədə də danılmaz faktlar var. İkinci tərəfdən də ABŞ Ermənistanı yenə də Kim Qardaşyanın arxası tək qoruyur, sığallayır, əzizləyir! Üstəlik ötən ilin dekabr ayından bəri Ermənistan Təhlükəsizlik Şurasının katibi, Parlamentinin rəhbəri, xarici işlər naziri və başqa erməni rəsmiləri Vaşinqtona gedirlər. Hansısa genosid tanımaqla jest edirlər. Bu davranışın kobud adı çoxdur. Amma korrekt desək, Vaşinqton sadəcə balansı, öz diqtə etdiyi prinsipləri pozur. Amma Ermənistanın artıq 30 il ərzində alət kimi istifadə edildiyini başa düşənlər də var. Elə oyuncaq Paşinyan hakimiyyətinin özündə də bunu başa düşürlər. İndi isə danışıqların yeni mənası və ya əhəmiyyəti barədə. Bəri başdan deyək ki, vəziyyət artıq tam dəyişib. İndi Azərbaycandan ötrü danışıqlar elə Minsk qrupunun özü, status məsələsi tək əhəmiyyətini itirib. Lap elə bundan sonra danışıqlar beş il də davam etsin, 30 il də lap 50 il də. Bunun artıq nə mənası!? Torpaqlarımız bizdə, ağlımız başımızda”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …