Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Mirmahmud Mirəlioğlu naziri tənqid etdi: “Səviyyəsini göstərdi”

Mirmahmud Mirəlioğlu naziri tənqid etdi: “Səviyyəsini göstərdi”

“Bu, dövlətçilik psixologiyasında olan insanın açıqlaması deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

Xatırladaq ki, ötən gün Gənclər və idman naziri Fərid Qayıbov “ASAN Radio”nun “QəbuldASAN” verilişində qonaq olub. Qayıbov belə deyib: “Nazir olandan sonra həyatımda çox şey dəyişib. 30 il görmədiyim insanlar məni yada salır, dostlarımın sayı artıb. Buna da normal baxıram”.

Bu fikir sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Azərbaycanda vəzifəyə keçən adama yaltaqlananların sayının çox olmasıyla bağlı saysız-hesabsız iradlar bildirilib.

M.Mirəlioğlunun sözlərinə görə, açıqlamanı bir növ reallığa, günümüzə uyğun hesab etmək olar:

“Bu reallığa uyğun açıqlamadır. Vəziyyəti izah etmək üçündür. Lakin normal, dövlətçilik psixologiyası, insanlara münasibəti olan, vətəndaşı sevən insanın açıqlaması deyil. Belə olmamalıdır”.

M.Mirəlioğlu qeyd edib ki, Azərbaycanda normal insani münasibətlər olsa, belə məsələlər də olmaz:

“Adam özü elə vəziyyətə uyğundur. Ona görə də, belə açıqlamalar verir. Azərbaycanda normal insani münasibətlər, milli-mənəvi, əxlaqi dəyərlər olsa, şübhəsiz ki, belə məsələlər olmaz.

Təəssüflər olsun ki, vəziyyət belədir. Nazirin açıqlaması səviyyəsinin, məsələlərə münasibətinin göstəricisidir. Etiraf etmək lazımdır ki, günümüzün reallığı budur. Bu da 90-cı illərdə daha çox müşahidə olunan məsələdir. Birmənalı olaraq bu yanaşmanı təqdir edə bilmərik. Lakin reallıqdır”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …