Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Minsk Qrupu Xankəndinə gedəcəksə… – ŞƏRH

Minsk Qrupu Xankəndinə gedəcəksə… – ŞƏRH

Ermənistan müharibədən sonra davamlı olaraq Minsk Qrupunun danışıqlara yenidən qayıtmasını istəyirdi. Rəsmi Bakı isə Minsk Qrupunun vasitəçiliyinə xüsusi ehtiyac olmadığını bəyan edirdi. Amma belə görünür ki, öz şərtini bir daha xatırlatmaqla – Qarabağa status heç bir halda danışıqlar predmeti ola bilməz – Minsk Qrupuna daha bir şans verdi. Prezidentlər Minsk Qrupunun vasitəşiliyi ilə danışıqlara razılıq verdilər.

Minsk Qrupu bilir ki, Azərbaycan qarşısında boş tələblər qaldırmaq mənasızdır. Deməli, Minsk Qrupunun vasitəçiliyi ilə ola biləcək görüşdə yalnız iki ölkə arasındakı sərhədin dəqiqləşdirilməsi, Zəngəzur dəhlizinin açılması  və ən əsası sülh sazişinin imzalanması ilə bağlı mövzular ətrafında müzakirələr aparıla bilər.

Amma Ermənistan Azərbaycanın bu xoş məramından heç də  doğru nəticə çıxarmadığını göstərir. Belə ki, bugünlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov sevinərək bəyan edib ki, həmsədrlər Xankəndinə də gedəcəklər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, “Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tanınmış prinsiplər və elementləri əsasında bərpasından məmnundur”. Əcəba, “Dağlıq Qarabağ münaqişəsinin tanınmış prinsipləri və elementləri əsasında” nə demək? Bu o deməkdir ki: 1) Dağlıq Qarabağ münaqişəsi bitməyib və davam edir. 2) Münaqişənin yeni həll planları vacibdir. Yəni proseslərin gedişi onu göstərir ki, ermənilər yenidən əvvəlki oyunlarına qayıtmaq niyyətindədir. Azərbaycan niyə Minsk Qrupunun fəal vasitəçiliyinə razılıq verdi? Bu xoş məramdan istifadə edənlərin təşəbbüslərinin Ermənistanın yenidən status danışıqlarına çevirməyəcəyinə hansı təminat var? Ermənistan xarici işlər nazirinin verdiyi açıqlamanın anlamı nədir? Bakının həmsədrlərə verdiyi sonuncu şansı da dəyərləndirməsələr, bu qrupu birdəfəlik tərk etməliyikmi?

Arzuxan Əlizadə — Vikipediya

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı Azərbaycan cəmiyyətinin mövqeyi birmənalıdır. Bu mövqe Azərbaycan torpaqlarının işğal altında olduğu müddət ərzində formalaşıb və kifayət qədər ciddi əsasları var: “Həmsədr ölkələr, xüsusilə də Fransa bu illər ərzində tərəfsiz vasitəçilik missiyası yerinə yetirmək əvəzinə, faktiki olaraq ermənipərəst mövqe nümayiş etdirməklə işğal altında olan ərazilərimizdə ikinci qondarma erməni dövləti qurmağa və bunu rəsmiləşdirməyə xidmət ediblər. Bütün bunlara baxmayaraq, Azərbaycan öz gücü hesabına məsələni həll edib. Yarıtmaz fəaliyyətləri ilə yanaşı bu illər ərzində, xüsusilə də ikinci Qarabağ savaşında şəhid olan oğullarımızın həyatlarını itirməsinin məsuliyyəti də erməni caniləri ilə yanaşı həm də bu həmsədrlərin vicdanına yazılmalıdır. Artıq Azərbaycan Prezidenti də bununla bağlı rəsmi mövqe bildirib. Bütün bunlardan sonra həmsədr ölkələrin yenidən fəallaşması heç bir halda qəbul olunan deyil və hesab edirəm ki, bu mövqe sonadək müdafiə olunmalıdır. Bir halda ki, status məsələsi söhbətin mövzusu belə deyil, bu həmsədrlər yenidən hansı məsələni gündəmə gətirmək fikrindədirlər? Əgər hansısa yeni təklifləri varsa açıqlasınlar, təklifləri ictimai müzakirəyə çıxarılsın, ondan sonra bunların hansısa vasitəçiliyinə ehtiyac olub-olmadığı müəyyənləşsin”.

Partiya sədri qeyd etdi ki, əgər həmsədrlər son yüz il ərzində bugünkü Ermənistan adlanan ölkədən, öz tarixi torpaqlarından deportasiya olunan soydaşlarımızın geriyə qaytarılması, iki ölkə arasında mövcud olan tarixi sərhəd zolağının demarkasiya və delimitasiyası da daxil olmaqla, konstruktiv təkliflərlə çıxış etməklə regionda dayanıqlı sülhün bərqərar olmasına töhfə vermək istəyirlərsə, o zaman bəlkə də onların vasitəçiliyinə ehtiyac duyula bilər. Əks halda, bu faydasız qurumu istənilən dirçəltmək cəhdi birmənalı olaraq rədd edilməlidir.

Abutalıb Səmədov:Populist vədlərlə hakimiyyətə gələn N.Paşinyan və  komandası son dərəcə ağır durumdadı - Yeni Zaman Mobil versiya

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirdi ki, Minsk Qrupunun yaradılması barədə heç bir rəsmi qərar yoxdur. 24 aprel 1992-ci il tarixdə ATƏM-in (ATƏT) Şurası daimi fəaliyyət göstərən forum kimi Minsk konfransının (21 iyun 1992-ci ildə)  çağırılması barədə qərar qəbul edib: “Şuşa və Laçının işğalı, ordumuzun hücum əməliyyatları səbəbindən konfransı çağırmaq baş tutmayıb. Konfransın sədri olan Mario Rafaelli Romada bir neçə görüş keçirib və həmin ilin sentyabrından konfransı Minsk Qrupu adlandırmağa başlayıblar. Əgər buna ”yaradılmaq” demək mümkünsə, Minsk Qrupu belə yaradılıb. Minsk Qrupunun mandatı heç vaxt olmayıb. Minsk konfransının çağırılması barədə qərarın 8-ci bəndində konfransın  sülh yolu ilə münaqişəni nizama salmaq məqsədilə danışıqlar aparan forum kimi nəzərdə tutulduğu qeyd olunur. Nəzərə alsaq ki, Minsk Qrupu heç bir qanuni əsas olmadan konfransın yerinə keçdiyini bəyan edib, deməli, o da bu müddəa əsasında fəaliyyət göstərməli və münaqişənin dinc yolla həllinə nail olmaq üçün danışıqları təşkil etməlidir.

Azərbaycan Prezidentinin 10 noyabr 2020-ci ildən başlayaraq dəfələrlə səsləndirdiyi bəyanatlara baxmayaraq, ATƏT Minsk Qrupunu hələ də ləğv  etməyibsə, deməli, münaqişənin bitmədiyini iddia edir. Bu səbəbdən, bu qrupun fəaliyyətindən yaxşı nəsə gözləmək qeyri-mümkündür. Zənnimcə, Azərbaycan üçün ən böyük təhlükə Minsk Qrupunun fəaliyyətindən yarana bilər və onun ən yaxşı halda Qarabağa yüksək status verilməsini tələb edəcəyi şübhə doğurmur”.

Partiya sədri hesab edir ki, Azərbaycanın Minsk Qrupunun vasitəçiliyinə razılıq verməməsi mümkün deyildi: “Əks halda, biz bu mövqedə dayanan dünya birliyinə qarşı getmiş olardıq. Ancaq danışıqlara getmək, bizim veriləcək qeyri-məqbul təklifləri rədd eləmək imkanlarımızı əlimizdən almır. Güman edirəm ki, həmsədrlərdən biri olan Rusiya da qrupun fəaliyyətini pozmaq, məsələni təkbaşına nizama salmaq üçün əlindən gələni edəcək.

Ona da şübhə yoxdur ki, Ermənistan əlinə düşən imkandan istifadə etməyə və bütün vasitələrlə “statusa” nail olmağa çalışacaq. Erməni xarici işlər nazirinin verdiyi bəyanat bunu bir daha təsdiqləyir.

Azərbaycanın Minsk Qrupunu tərk etməsi mümkündürmü? Zənnimcə, yox. Belə bir addımın atılması erməni maraqlarına xidmət etmək, onların əlini gücləndirmək olardı. Açıq etiraf etməliyik, bizim apardığımız “diplomatik müharibə” 44 günlük hərbi əməliyyatlarla müqayisədə daha ağır şəraitdə, daha ağır şərtlərlə davam edir. Bu mübarizədə hamımız səfərbər olmalı və Prezidentə mümkün köməyi göstərməliyik”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …