Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Minsk Qrupu çərçivəsində danışıqların dayandırılmasını, Türkiyə ilə hərbi ittifaq sazişi imzalamasını tələb edirik”

“Minsk Qrupu çərçivəsində danışıqların dayandırılmasını, Türkiyə ilə hərbi ittifaq sazişi imzalamasını tələb edirik”

Azərbaycan Milli İstiqlal Partiyası bəyanat qəbul edib.

Sözügedən bəyanatda aşağıdakı məsələlər öz əksini tapıb: “2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra yerli tatarlara tətbiq olunan təzyiq və hədələr davam etməkdədir. Elə bu günlərdə Rusiyanın hüquq mühafizə orqanları əməkdaşları tərəfindən Krımda bir çox ünvana basqın edilməsi, jurnalist Ayder Kadirov da daxil olmaqla 4 nəfərin saxlanılması bunun ən bariz göstəricisidir.Azərbaycan Milli İstiqlal Partiyası Krımda həbs olunan, Krım Tatarlarının tezliklə həbsdən azad olunması üçün bütün demokratik dünyanı Rusiyaya təzyiq göstərməyə çağırır.Son zamanlar Rusiyanın Azərbaycana, eləcə də Krım Tatarlarına olan basqılarını, PKK-YPK terror qruplaşması ilə əməkdaşlığını, ermənilərdən başqırd türklərinə qarşı istifadə etməsini, həm də Türkiyə Cümhuriyyətinin türk dövlətlərinə olan dostluq, qardaşlıq dəstəyinə qarşı atılmış addım kimi qiymətləndirir və bunun Türk birliyinə qarşı atıllan addımların tərkib hissəsi olduğunu bəyan edirik. Qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycana dəstək mesajları, Qarabağın işğaldan azad olunması üçün sonacan Azərbaycanın yanında olduğunu bəyan etməsindən sonra rəsmi Moskvanın işğalçı Ermənistana silah-sursat göndərməsi təkzib olunmaz faktlarla sübut olunub. Belə ki, Ermənistan-Azərbaycan sərhədində baş vemiş hərbi toqquşmalardan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə etçəklə Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 500 tondan artıq olduğu rəsmi mənbələrdə öz təsdiqini tapıb.AMİP Rusiyanın ATƏT Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq işğalçı Ermənistanı dəstəkləməsini və bununla da Azərbaycana olan münasibətini növbəti dəfə nümayiş etdirməsini nəzərə alaraq bir daha ATƏT Minsk Qrupu çərçivəsində danışıqların dayandırılmasını, Türkiyə Cümhuriyyəti ilə hərbi ittifaq sazişi imzalamasını tələb edir”.

Azinforum.az

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …