Ana səhifə / Siyasət / “Minaya düşən” iki deputat – müharibənin üzə çıxardığı acı həqiqət

“Minaya düşən” iki deputat – müharibənin üzə çıxardığı acı həqiqət

Qələbə ilə başa vurduğumuz 44 günlük Vətən müharibəsi Milli Məclislə bağlı da bəzi həqiqətləri üzə çıxardı. Birmənalı şəkildə təsdiqləndi ki, parlament siyasət və siyasətçi yeridir. Bunu təsdiqləyən isə qanunverici orqanın yeni deputatlarından ikisinin “minaya düşməsi” oldu. Bu onlara baha başa gəldi. Biri Türkiyə kanalına verdiyi müsahibədə, biri də, noyabrın 6-dakı plenar iclasda dövlət siyasətinə zidd açıqlamalar verdikləri üçün İntizam Komissiyası tərəfindən töhmət aldılar, cəmiyyət tərəfindən ən sərt şəkildə qınandılar.

Dövlət olaraq, ən həssas dönəmimizdə iki deputatın bəlkə də daşıdığı mandatın məsuliyyətini “unudaraq” “minaya düşmələri” onu göstərdi ki, əcnəbi dil bilmək şərt deyil. Əsas olan odur ki, gedən siyasi proseslərdən xəbərdar olasan, siyasi gəlişmələrdən baş çıxara biləsən.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı: “Vətən müharibəsi zamanı bütün cəmiyyətimiz səfərbər olaraq, iradəsini ortaya qoyaraq, Ali Baş Komandanın və Silahlı Qüvvələrimizin qələbə əldə etməsində üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. Cəmiyyətimiz bu haqq savaşımızda bütöv oldu. Bütün potensialımız vandal düşmən üzərində qələbəmizə yönəldildi. Təbii ki, 44 gün ərzində Milli Məclis də öz üzərinə düşən vəzifəni bütövlükdə uğurla yerinə yetirdi, istər parlamentin rəhbərliyi, istərsə də ayrı-ayrı deputatların informasiya müharibəsində ciddi fəallığı özünü ifadə etdi. Millət vəkillərinin əksəriyyəti siyasi və informasiya müharibəsində fəal iştirakçı oldu. Kütləvi informasiya vasitələrinə vermiş olduqları müsahibələr, açıqlamalar Ordumuzun qələbə çalmasında müsbət rol oynadı. Bununla bərabər təəssüf ki, bir sıra xoşagəlməyən səhvlər də oldu. Həmin səhvlərə yenicə seçilən deputatlarımız öz çıxışlarında, açıqlamalarında yol verdilər. Əlbəttə, bu çox təəssüf doğurur. Ona görə də Milli Məclisin nizamnaməsinə uyğun olaraq İntizam Komissiyası onları cəzalandırdı. Həmin gənc deputatlarımız buraxmış olduqları səhvləri səmimi şəkildə etiraf etdilər. Bu müsbət hal idi”.

Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi - Foto

Fəzail Ağamalı

Deputat həmkarlarının təcrübəsizliyinə görə belə səhv buraxdıqlarını da qeyd etdi: “Deməzdim ki, onlar qəsdən belə bir xoşagəlməz durum yaratdılar. Məncə, bu ilk növbədə təcrübəsizliklə bağlıdır. Milli Məclis kifayət qədər çox ciddi platforma, məkandır. Millət vəkillərinin demiş olduqları hər bir sözə cəmiyyətdə xüsusi həssaslıqla yanaşılır. Həm də deyilən fikirlər siyasi məzmun, siyasi yük daşıyır. Ona görə də bu məsələlər hökmən nəzərə alınmalıdır. Təbii ki, savadlı olmaq, cəmiyyətdə tanınmaq, bir neçə dil bilmək millət vəkili üçün üstün keyfiyyətlərdir. Lakin bununla bərabər, sözün məsuliyyətini ciddi şəkildə nəzərə almaq da son dərəcə vacibdir. Bunun üçün mənə elə gəlir ki, siyasi təcrübəyə də ehtiyac var. Ümidvaram ki, bu və ya digər səhvləri bundan sonra millət vəkilləri nəzərə alacaqlar, ondan ibrət dərsi götürəcəklər və öz fəaliyyətlərini daha məsuliyyətli şəkildə quracaqlar”. Musavat.com

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …